Ağ Saray Residence MTK
Bakı Ağ Şəhər şəhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. Bu şəhər kompleksi nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır. Layihə həm mühəndis-tikinti, həm də estetik nöqteyi-nəzərdən heyranlıq doğurur.Ağ Saray Residence yaşayış kompleksi dəniz səviyyəsindən 25m artıq hündürlükdə, 8 mərtəbəli yaşayış kvartallarından ibarət və tikili sıxlığı aşağı olan Bakı Ağ Şəhər-in Babək rayonunun mərkəzi meydanında yerləşir. Ərazini qərb və şərq hissəsinə ayıran, Mərkəzi prospektin ortasında yerləşən zərif heykəltəraşlıq ilə bəzədilmiş meydan bu rayonun qəlbi olacaqdır.

Ağ Saray Residence
Bakı şəh., Xətai ray., Ağ şəhər, Süleyman Vəzirov küçəsi, 13
