---
description: İpoteka krediti nədir? İpoteka krediti mənzilin (evin) əldə edilməsi üçün nəzərdə tutulan kredit növü olmaqla, mənzil almaq istəyən şəxsin mənzil alınması üçün…
title: İpoteka krediti nədir? -Ipoteka.birbank.az
image: https://ipoteka.birbank.az/api/articles/photo/03c21dfe-79a6-4412-9553-756c4c8e0968.png
---

İpoteka krediti nədir?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/03c21dfe-79a6-4412-9553-756c4c8e0968.png)

## **İpoteka krediti nədir?**

İpoteka krediti mənzilin (evin) əldə edilməsi üçün nəzərdə tutulan kredit növü olmaqla, mənzil almaq istəyən şəxsin mənzil alınması üçün kifayət qədər vəsaiti olmadıqda bank tərəfindən evin alınmasına ayrılan kredit növüdür. Yəni, bir şəxsin ev alqısı üçün 15 000 AZN vəsaiti var və almaq istədiyi mənzil 70 000 AZN-dir, bu zaman bank həmin evin alınması üçün 55 000 AZN vəsait ayıraraq mənzili kreditləşdirir. Kreditin ödənildiyi müddət ərzində həmin mənzil müştərinin adına rəsmiləşdirilir, lakin bankda təminat kimi saxlanılır. Kreditin qüvvədə olduğu müddət ərzində mənzil (ev) sahibi bankın razılığı olmadan evin alqı-satqısı ilə bağlı heç bir əməliyyat keçirə bilməsə də, qeydiyyata düşmə və təmir kimi işlərin görülməsi mənzil (ev) sahibinin səlahiyyətində olacaqdır. Kredit müddətin sonunda və ya vaxtından əvvəl ödənildikdə mənzil (ev) bank tərəfindən təminatdan azad edilir və mənzil sahibi satış həyata keçirə bilər.

## **İpoteka kreditinin hansı növləri var?**

- Daxili ipoteka krediti
-   
- Daxili ipoteka krediti mənzilin ( evin) alınması üçün bankın daxili vəsaiti hesabına təqdim olunan ipoteka kreditidir. Yəni, bu ipoteka növü dövlət tərəfindən maliyyələşdirilmir.
- Dövlət ipoteka krediti
- Dövlət ipotekası Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) hesabına verilən ipoteka növüdür. Yəni, bu ipoteka növü dövlət tərəfindən maliyyələşdirilir.

## **İpoteka kreditinə kimlər müraciət edə bilər?**

- AR ərazisində daimi yaşayışı olan AR vətəndaşları
- Azərbaycan ərazisində kənarda yaşayıb, rəsmi iş yeri olan AR vətəndaşları (Daxili ipoteka üzrə)
- Yaş aralığı - kişilər üzrə 18-65 yaş, qadınlar üzrə 18-63 yaş (Regionlarda sosial ipoteka üzrə isə 18-35 yaş)
- Rəsmi əmək haqqı gəlirinə malik olan şəxslər ( Rəsmi gəliri olan şəxslər üçün minumum iş stajı 3 ay olmalıdır).
- Davamlı gəliri olan digər gəlir mənbəyinə malik olan (Daxili ipoteka üzrə)
- VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər

## **İpoteka krediti əldə etmək üçün hansı mərhələlərdən keçmək lazımdır?**

- Müştəri online (ipoteka.kapitalbank.az) və ya filiala yaxınlaşmaqla müraciət edir;
- Tələb olunan sənədlər müştəri tərəfindən banka təqdim edilir;
- Bank tərəfindən sənədlərin yoxlanılması aparılır;
- Müştəri mənzil (ev) axtarışına başlayır;
- Mənzil (ev) sənədləri toplanılır və banka təqdim edilir;
- Bank tərəfindən mənzilin (evin) qiymətləndirilməsi həyata keçirilir;
- Bank tərəfindən yekun rəy verilir və rəsmiləşdirmə (müqavilə) işləri aparılır.

## **İpoteka üçün müraciət etmək üçün hansı sənədlər lazımdır?**

- İpotekaya müraciət etmək üçün lazım olan ümumi sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Doğum şəhadətnaməsinin surəti
- Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti
- Ailə tərkibi haqqında arayışı (ASAN Xidmət)
- Əlavə olaraq gəlir, ailə vəziyyəti və məhsul növündən asılı olaraq ümumi sənədlərlə birlikdə digər sənədlər də təqdim edilməlidir. Sənədlərin siyahısı ilə ətraflı bu  [link](https://ipoteka.kapitalbank.az/blog/item/4) [-dən](https://ipoteka.kapitalbank.az/blog/item/4) tanış ola bilərsiniz.

## **İpoteka kreditinin maksimal məbləği nə qədər ola bilər?**

- Daxili ipoteka krediti üçün maksimal məbləğ 500 000 AZN-dır, həmçinin partnyor şirkətlərdən alınan evlər üzrə məbləğ 500 000 AZN-ə kimi ola bilər. Dövlət ipotekasında bu məbləğ maksimum 150 000 AZN-dir.

## **İlkin ödəniş nədir?**

- İlkin ödəniş ipoteka kreditinə müraciət etdiyiniz zaman banka almaq istədiyiniz mənzilin (evin) dəyərinin müəyyən hissəsi həcmində Sizin öz vəsaitiniz hesabına ödədiyiniz hissədir. Banklar əsasən alınan məzilin tam məbləği dəyərində kredit ayırmırlar və mənzilin satış qiymətinin bir hissəsinin Sizin şəxsi vəsaitiniz hesabına ödənilməsində maraqlıdırlar. Bununla, bank qismən də olsa Sizin ödəmə qabiliyyətinizin olması haqqında ilkin məlumata malik olmuş olur. Bu məbləğ banklar üzrə fərqlidir. Kapital bankda ilkin ödəniş kredit növündən asılı olaraq dəyişir və daxili ipoteka üçün 15%-dən, dövlət ipotekasında isə 10% -dən başlayır.

## **Hansı mənzillər (evlər) alına bilər?**

- Yeni tikili mənzil
- Köhnə tikili mənzil
- Çıxarışlı mənzillər
- Çıxarışsız mənzillər ( yalnız daxili ipoteka ilə )
- Həyət evi ( fərdi yaşayış evi)
- Bağ evi
- Villa

## **Birgəborcalan kimdir?**

- İpoteka krediti üçün müştəriyə ayrılan məbləğ mənzilin (evin) alınması üçün kifayət etmədikdə, yaxud daha yüksək məbləğdə ipoteka kreditinin əldə edilməsi üçün müştəri birgəborcalan ilə birlikdə ipoteka kreditinə müraciət edə bilər. Birgəborcalan – borcalanın (ipoteka götürən şəxsin) 1-ci dərəcəli ailə üzvü olmaqla, rəsmi və ya digər gəlirə malik, ipoteka müqaviləsi üzrə borcalan ilə eyni hüquq və öhdəlikləri olan şəxsdir. Digər gəlir mənbəyi olan birgəborcalan yalnız daxili ipoteka üzrə müraciət edə bilər. Regionlarda sosial ipoteka növündə isə birgəborcalan yalnız rəsmi gəlirə malik olmalıdır və yalnız borcalanın həyat yoldaşı ola bilər. Kredit müqaviləsi borcalanın adına rəsmiləşdirilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərə görə birgəborcalanlar da eyni məsuliyyəti daşıyır. Ətraflı bu  [link](https://ipoteka.kapitalbank.az/blog/item/3) [-dən](https://ipoteka.kapitalbank.az/blog/item/3) tanış ola bilərsiniz.

Articles

All articles

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/75289763-0013-4b6e-853c-8e865200d3e9.webp)

Who is considered a person with other sources of income? How can they benefit from a mortgage?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/0fc54a49-997a-4f13-8e25-8167ac1ce527.webp)

Who can act as a co-borrower when applying for a mortgage, and why is a co-borrower required?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/729cc850-72d0-4342-bc72-2828ef5a9a92.webp)

What documents are required to obtain an internal mortgage, and where can these documents be obtained?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/2b3a6112-2e87-422b-b106-4aefd4d08185.webp)

What is a mortgage loan used for construction of residential buildings, and who is eligible to apply for it?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/fa4d51b9-65e1-4c5a-89f8-9439eefa6af1.webp)

İpoteka krediti nədir?