---
title: Tez-tez verilən suallar -Ipoteka.birbank.az
---

##

## İpoteka partnyorları

Bütün suallar

Partnyor şirkətlər üzrə ipoteka

Çıxarışlı evlər üçün ipoteka

Çıxarışsız evlər üçün ipoteka

Digər gəlir mənbələri üzrə ipoteka

Torpaq ipotekası

Ev Tikinti ipotekası

Adi ipoteka (ARİKZF hesabına verilən)

Güzəştli ipoteka (ARİKZF hesabına verilən)

MİDA ipoteka krediti

Biznes ipotekası

Adi dövlət ipotekasını necə əldə edə bilərəm?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

Güzəştli ipotekadan kimlər faydalana bilər?

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

\- şəhidin övladları;

\- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;

\- Azərbaycanın Milli Qəhrəmanının övladları;

\- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

\- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

\- Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;

\- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

\- İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı  (I, II və ya III yer);

\- Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;

Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

şəhid ailəsinin üzvü (əri/arvadı).

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).

Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).

Mida ipoteka kreditindən kimlər faydalana bilər?

Daxili ipoteka nədir?

Kapital Bank tərəfindən, sərfəli şərtlər və uyğun tələblər əsasında mənzillər və bağ evləri üçün Bankın öz vəsaiti hesabına təqdim edilən ipoteka kreditidir.

Ev tikinti ipotekası nədir?

Ev tikinti ipotekası çıxarış sənədi olan torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan, Bankın daxili vəsaiti hesabına verilən ipoteka kreditidir.

Hazırda məşğul olmadığım fəaliyyət sahəsi üzrə Biznes İpoteka krediti əldə bilərəm?

Biznes planınızı göstərərək biznesinizə yaxın fəaliyyət sahəsi üzrə əmlak satın ala bilərsiniz.

Adi dövlət ipotekası əldə etmək üçün elektron imza və ya asan imzanı necə əldə edə bilərəm?

Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.

Güzəştli dövlət ipotekasını necə əldə edə bilərəm?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

MİDA ipoteka kreditində borcalan və birgəborcalan kimlərdir?

Borcalan - ipoteka kreditini əldə etmək istəyən şəxsdir. Birgəborcalan rəsmi gəlirə malik olan 1-ci dərəcəli ailə üzvüdür.

Daxili ipoteka ilə dövlət ipotekasının fərqi nədir?

Dövlət ipotekasından fərqli olaraq daxili ipotekanı əldə etmək üçün rəsmi gəlirin olması və ya mənzilin çıxarışının olması mütləq deyil.

Ev tikinti ipotekasını kimlər əldə edə bilər?

Ev tikinti ipotekasını rəsmi və digər gəlirlərə malik şəxslər əldə edə bilərlər.

Girov qoyulan əmlak biznes sahiblərinin adına olmalıdır?

Çıxarış istənilən fiziki və ya hüquqi şəxsin adına ola bilər

Borcalan və birgəborcalan kimlərdir?

Borcalan - ipoteka kreditini əldə etmək istəyən şəxsdir. Birgəborcalan rəsmi gəlirə malik olan 1-ci dərəcəli ailə üzvüdür.

Güzəştli dövlət ipoteka krediti üçün elektron imza və ya asan imzanı necə əldə edə bilərəm?

Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.

MİDA ipotekası üçün müraciəti necə edə bilərəm?

MİDA ipoteka krediti əldə etmək üçün MİDA şəxsi kabinet nömrəsinə sahib olmaq lazımdır. Bu nömrəni ASAN Xidmət mərkəzlərindən elektron imza və ya Asan imza vasitəsilə əldə edə bilərsiniz.

Daxili ipotekanın nə kimi üstünlükləri var?

Daxili ipoteka ilə rəsmi, həmçinin rəsmi olmayan gəlir əsasında və həm də çıxarışsız və arxitektur layihəli mənzilləri də əldə edə bilərsiniz. Həmçinin məbləğin maksimal limiti 500 000 AZN təşkil edir.

Ev tikinti ipotekası üzrə kreditin məbləği nə qədərdir?

Ev tikinti ipotekası üzrə kreditin məbləği minimum 20 000 AZN, maksimum 250 000 AZN təşkil edir.

Beh ödənişi ilkin ödənişin tərkibində hesablana bilər?

Beh rəsmi şəkildə ödənilib qəbz təqdim olunarsa, ilkin ödənişin tərkibində hesablana bilər

Adi dövlət ipotekası krediti hansı şərtlərlə verilir?

Adi dövlət ipotekası illik 7%-dən başlayaraq 25 il müddətinə verilir. İlkin ödəniş 10%-dən başlayır.

Güzəştli ipoteka kreditində borcalan və birgəborcalan kimlərdir?

Borcalan - ipoteka kreditini əldə etmək istəyən şəxsdir. Birgə borcalan rəsmi gəlirə malik olan 1-ci dərəcəli ailə üzvüdür.

MİDA ipoteka krediti üçün elektron imza və ya Asan imzanı necə əldə edə bilərəm?

Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.

Kreditin müddəti nə qədərdir?

Kreditin maksimal müddəti 20 ildir. Lakin kreditin son ödəniş tarixində borcalanın və ya birgəborcalanın yaşı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşından çox olmamalıdır. Məsələn, kişi müştərinin 50 yaşı varsa, kredit müddəti maksimum 15 il olacaqdır, çünki pensiya yaşı həddi 65-dir. Qadınlar üçün bu yaş həddi 63-dür.

Satın alınan əmlak kimin adına rəsmiləşdirilməlidir?

Hüquqi şəxslərdə sadəcə hüquqi şəxsin, fərdi sahibkarlarda sadəcə fərdi sahibkarın adına rəsmiləşdirilə bilər

Digər gəlir mənbələri üzrə ipoteka əldə etmək üçün ilk öncə nə etməliyəm?

### ##Onlayn (ipoteka.kapitalbank.az saytı) və ya filiala yaxınlaşaraq müraciət etdikdən sonra aşağıdakı sənədləri ipoteka@kapitalbank.az emailinə və ya filiala təqdim etməlisiniz:

\- Şəxsiyyətinizi təsdiq edən sənədin surəti

\- Doğum haqqında şəhadətnamənin surəti

\- Ailə tərkibi haqqında arayış

\- Ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti

### Evli olduğunuz halda:

\- Həyat yoldaşınızın doğum haqqında şəhadətnamənin surəti

\- Nikah şəhadətnaməsinin surəti (və ya nikahın pozulması haqqında şəhadətnamənin surəti və nikahın pozulması barəsində məhkəmə qətnaməsi)

### Subay olduğunuz halda:

\- Subaylıq haqqında arayış (Forma 14)

### İş yerinə və gəlirə dair sənədlər (digər fəaliyyətdən əlavə rəsmi iş yeri olduqda):

\- İş yerindən arayış və elektron arayış

\- Əmək müqaviləsi və ya əmək kitabçası

\- Əmək haqqı kartından çıxarış (son 12 ay)

### Sahibkarlıq fəaliyyəti olduqda:

\- VÖEN şəhadətnaməsi;

\- Vergi bəyannaməsi (gəlir vergisi və ya sadələşdirilmiş vergi);

\- 12 aylıq maliyyə arayışı hesabdan çıxarış

Kreditin maksimal müddəti nə qədərdir?

Kreditin maksimal müddəti 20 ildir. Lakin kreditin son ödəniş tarixində borcalanın və ya birgəborcalanın yaşı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşından çox olmamalıdır. Məsələn, kişi müştərinin 50 yaşı varsa, kredit müddəti maksimum 15 il olacaqdır, çünki pensiya yaşı həddi 65-dir. Qadınlar üçün bu yaş həddi 63-dür.

Adi dövlət ipoteka krediti üzrə məbləğ nə qədər təşkil edir?

Adi dövlət ipoteka krediti üzrə maksimal məbləğ 150 000 AZN təşkil edir.

Güzəştli dövlət ipoteka krediti hansı şərtlərlə verilir?

Güzəştli dövlət ipotekası illik 3.7%-dən başlayaraq 30 il müddətinə verilir. İlkin ödəniş 10%-dən başlayır.

MİDA ipoteka krediti üzrə elektron qaydada edilən müraciətə hansı müddət ərzində baxılır?

Müraciətə onun qeydiyyata alındığı gündən 3 (üç) iş günü ərzində baxılır. Əlavə araşdırmanın aparılması tələb olunduğu hallarda, müraciət edən şəxsə bu barədə məlumat verilməklə, həmin müddət 10 (on) iş günü artırıla bilər.

Daxili ipotekanın hansı növləri var?

Daxili ipotekanın aşağıdakı növləri var:

\- Çıxarışlı evlər üçün daxili ipoteka: çıxarış sənədi olan evlər üçün təqdim olunan ipoteka krediti;

\- Çıxarışsız evlər üçün daxili ipoteka: çıxarış sənədi olmayan evlər üçün digər çıxarışlı daşınmaz əmlak təminatı ilə verilən ipoteka krediti;

\- Digər gəlir mənbələri üzrə ipoteka: digər (rəsmi olmayan) gəlirə malik şəxslər (müəllim, icarədar və s.) üçün təqdim edilən ipoteka krediti;

\- Partnyor şirkətlər üzrə ipoteka: partnyor şirkətlərə məxsus mənzillər və bağ evləri üçün təqdim edilən ipoteka krediti;

\- Ev tikinti ipotekası - ölkənin istənilən ərazisində çıxarışlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisini maliyyələşdirən daxili ipoteka krediti.

İllik faiz dərəcəsi neçə faizdir?

İllik faiz dərəcəsi kredit müddəti 5 il-dək olduqda 17.5%, 10 il-dək olduqda 18%, 20 il-dək olduqda 18,5% təşkil edir.

Partnyor şirkətləri üzrə daxili ipotekada ilkin ödəniş nə qədər olmalıdır?

İlkin ödəniş 15%-dən başlayır.

Lakin məbləğ kreditin maksimum məbləğini (partnyorlarda 500 000 AZN) keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Məs, evin qiyməti 900 000 AZN olarsa, bu halda 900 000 AZN (evin qiyməti)-500 000 AZN (maksimal kredit məbləği) = 400 000 AZN ilkin ödəniş olacaqdır.

Partnyorlar üzrə faizlər fərqli ola bilər.

Əmlak satan tərəf fiziki şəxs ola bilər?

Əmlak satan tərəf, fiziki şəxs, hüquqi şəxs və ya fərdi sahibkar ola bilər.

Daxili ipotekada ilkin ödəniş nə qədər olmalıdır?

İlkin ödəniş 15%-dən başlayır. İlkin ödəniş müştərinin gəlirindən, alınan evin/mənzilin çıxarışlı və ya çıxarışsız olmasından, alınan yaşayış sahəsinin (qoyulacaq təminatın) növündən və yerləşdiyi ərazidən asılıdır.

Lakin məbləğ kreditin maksimum məbləği 500 000 AZN keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Məs, mənzilin qiyməti 800 000 AZN olarsa, bu halda 800 000 AZN (mənzilin qiyməti)-500 000 AZN (maksimal kredit məbləği) = 300 000 AZN ilkin ödəniş olacaqdır.

Adi dövlət ipoteka krediti üzrə ilkin ödəniş nə qədərdir?

İlkin ödəniş 10%-dir. Lakin məbləğ, kreditin maksimum məbləğini (150 000 AZN) keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Məs, evin (mənzilin) qiyməti 250 000 AZN olarsa, bu halda 250 000 AZN (evin/mənzilin qiyməti)-150 000 AZN (maksimal kredit məbləği) = 100 000 AZN (ilkin ödəniş) olacaqdır.

Güzəştli dövlət ipoteka krediti üzrə məbləğ nə qədər təşkil edir?

Güzəştli ipoteka üzrə maksimal məbləğ 100 000 AZN təşkil edir.

MİDA ipoteka krediti üzrə elektron kabinet nədir?

ASAN İmza və ya Elektron imza vasitəsilə e-gov.az-da qeydiyyatdan keçməklə istifadəçi üçün yaradılan şəxsi kabinetdir. Bu kabinet vasitəsilə istifadəçi özü barədə məlumatlarla tanış ola və onları əldə edə bilər, "Güzəştli mənzil sistemi"nin iştirakçıları (bank, MİDA MMC və s.) barədə məlumat əldə edə bilər.

Daxili ipoteka əldə etmək üçün ilk öncə nə etməliyəm?

Daxili ipoteka əldə etmək üçün onlayn (ipoteka.kapitalbank.az saytı) və ya filiala yaxınlaşaraq müraciət etdikdən sonra aşağıdakı sənədləri ipoteka@kapitalbank.az emailinə və ya filiala təqdim etməlisiniz:

\- Şəxsiyyətinizi təsdiq edən sənətin surəti

\- Doğum haqqında şəhadətnamənin surəti

\- Ailə tərkibi haqqında arayış;

\- Ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

\- Evli olduğunuz halda:

-- Həyat yoldaşınızın doğum haqqında şəhadətnamənin surəti;

-- Nikah şəhadətnaməsinin surəti (və ya nikahın pozulması haqqında şəhadətnamənin surəti və nikahın pozulması barəsində məhkəmə qətnaməsi).

\- Subay olduğunuz halda subaylıq haqqında arayış (boşanma halı olduqda əlavə olaraq ailə tərkibi haqqında arayış)

\- İş yerinə və gəlirə dair sənədlər:

-- İş yerindən arayış və elektron arayış;

-- Əmək müqaviləsi və ya əmək kitabçası;

-- Əmək haqqı kartından çıxarış (son 12 ay).

Yuxarıda qeyd edilən sənədlər bütün ipoteka növləri üzrə təqdim olunmalıdır. "Regionlarda sosial ipoteka" növü istisna olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda digər daxili ipoteka növlərində isə əlavə olaraq aşağıdakı sənədləri də təqdim edə bilərsiniz:

-- VÖEN şəhadətnaməsi;

-- Vergi bəyannaməsi (gəlir vergisi və ya sadələşdirilmiş vergi);

-- 12 aylıq maliyyə arayışı hesabdan çıxarış

"Digər gəlir mənbələri üzrə ipoteka"da isə digər gəlirlərinizi təsdiq edən sənədləri də təqdim etməlisiniz.

Komissiya haqqı neçə faiz təşkil edir?

Kreditə görə komissiya haqqı - 1%

Daxili qiymətləndirmə komissiyası - Kredit məbləğinin 0.1%-i (min.50 AZN maks.100 AZN)

Əmlakın ƏDV-si əvəzləşdirilə bilər?

ƏDV ödəyicisi olan sahibkarlarımız ƏDV ödəyicisindən satın alınan əmlakların ƏDV-si əvəzləşdirilə bilər.

Komissiyalar nədən ibarətdir?

Çıxarışlı evlər üzrə komissiyalar aşağıdakılardan ibarətdir:

\- Kreditə görə komissiya: 0.5 %

\- Notarius hesabından məxaric: 0.5 %

Çıxarışsız evlər üzrə:

Kreditə görə komissiya haqqı - 1%

Partnyor şirkətlər üzrə ipotekada komissiyalar nədən ibarətdir?

Partnyor şirkətləri üzrə komissiya 1% təşkil edir.

Adi dövlət ipotekasında kreditin maksimal müddəti nə qədərdir?

Adi ipoteka krediti üzrə maksimal müddət 25 ildir. Lakin kreditin son ödəniş tarixində borcalanın və ya birgəborcalanın yaşı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşından çox olmamalıdır. Məsələn, kişi müştərinin 50 yaşı varsa, kredit müddəti maksimum 15 il olacaqdır, çünki pensiya yaşı həddi 65-dir. Qadınlar üçün bu yaş həddi 63-dür.

Güzəştli dövlət ipoteka krediti üzrə ilkin ödəniş nə qədərdir?

İlkin ödəniş 10%-dən başlayır. Lakin məbləğ kreditin maksimum məbləğini (100 000 AZN) keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Məs, evin (mənzilin) qiyməti 150 000 AZN olarsa, bu halda 150 000 AZN (evin/mənzilin qiyməti)-100 000 AZN (maksimal kredit məbləği) = 50 000 AZN (ilkin ödəniş) olacaqdır.

MİDA ipoteka krediti üzrə mənzillərin satışa çıxarılması barədə məlumatları necə əldə edə bilərəm?

Mənzillərin satışının başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrində, MİDA Agentliyin internet saytında, “Elektron hökumət” portalında və ARİKZF internet saytında elan yerləşdirilir.

Daxili ipotekada kreditin maksimal müddəti nə qədərdir?

Kreditin maksimal müddəti 20 ildir. Lakin kreditin son ödəniş tarixində borcalanın və ya birgəborcalanın yaşı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşından çox olmamalıdır. Məsələn, kişi müştərinin 50 yaşı varsa, kredit müddəti maksimum 15 il olacaqdır, çünki pensiya yaşı həddi 65-dir. Qadınlar üçün bu yaş həddi 63-dür.

İlkin ödəniş nə qədər təşkil edir?

İlkin ödəniş:

15%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olmayan şəxslər üçün)

30%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olan şəxslər üçün)

Lakin məbləğ kreditin maksimum məbləğini (250 000 AZN) keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Məs, mənzilin qiyməti 600 000 AZN olarsa, bu halda 600 000 AZN (mənzilin qiyməti)-250 000 AZN (maksimal kredit məbləği) = 350 000 AZN ilkin ödəniş olacaqdır.

Komissiyalar nədən ibarətdir?

Komissiyalar aşağıdakılardan ibarətdir:

Kreditə görə komissiya - 1%

Biznes İpoteka məhsulu ilə çıxarışda «yaşayış» olaraq qeydiyyata alınan əmlak əldə edə bilərəm?

Bəli, qeyri yaşayış təyinatlı istifadə məqsədilə əldə edə bilərsiniz

Komissiyalar nədən ibarətdir?

Çıxarışlı evlər üzrə komissiyalar aşağıdakılardan ibarətdir:

\- Kreditə görə komissiya: 0.5 %

\- Notarius hesabından məxaric: 0.5 %

Borcalan və birgəborcalan kimlərdir?

Borcalan - ipoteka kreditini əldə etmək istəyən şəxsdir. Birgəborcalan borcalan ilə birlikdə krediti əldə edən rəsmi və ya digər gəlirə malik olan 1-ci dərəcəli ailə üzvüdür.

Adi dövlət ipotekasında təminat (girov) tələbi varmı?

Alınan ev və ya mənzil təminat qismində çıxış edir.

Kreditin maksimal müddəti nə qədərdir?

Güzəştli ipoteka krediti üzrə maksimal müddət 30 ildir. Lakin kreditin son ödəniş tarixində borcalanın və ya birgəborcalanın yaşı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşından çox olmamalıdır. Məsələn, kişi müştərinin 50 yaşı varsa, kredit müddəti maksimum 15 il olacaqdır, çünki pensiya yaşı həddi 65-dir. Qadınlar üçün bu yaş həddi 63-dür.

MİDA ipoteka krediti üzrə mənzil əldə etmək mümkün olmadıqda təkrar müraciəti necə edə bilərəm?

Bankdan ilkin razılıq qərarı almış elektron kabinet verilmiş şəxs həmin qərarın verildiyi tarixdən bir il ərzində bu Qaydaya uyğun olaraq mənzil əldə etmədikdə, lakin mənzili ipoteka krediti ilə əldə etmək istəyində olarsa yenidən ilkin razılıq barədə qərar almalı və həmin qərarı “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirməlidir.

Daxili ipotekada ilkin ödəniş nə qədər olmalıdır?

İlkin ödəniş 15%-dən başlayır. İlkin ödəniş müştərinin gəlirindən, alınan evin çıxarışlı və ya çıxarışsız olmasından, alınan yaşayış sahəsinin (qoyulacaq təminatın) növündən və yerləşdiyi ərazidən asılıdır.

Lakin məbləğ kreditin maksimum məbləğini ( 500 000 AZN, regionlarda sosial ipotekada 20 000 AZN) keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Məs, daxili ipoteka üzrə mənzilin qiyməti 650 000 AZN olarsa, bu halda 650 000 AZN (mənzilin qiyməti)-500 000 AZN (maksimal kredit məbləği) = 150 000 AZN ilkin ödəniş olacaqdır.

Ailə üzvümlə birgəborcalan kimi daxili ipotekanı əldə edə bilərəm?

Bəli, ailə üzvünün rəsmi və ya digər gəliri varsa birgəborcalan kimi çıxış edə bilər. Bu halda gəlirləriniz toplanacaqdır.

Adi dövlət ipoteka krediti ilə hansı yaşayış sahələrini əldə edə bilərəm?

Adi dövlət ipotekası ilə çıxarış sənədi olan mənzillər, bağ evləri və həyət evləri əldə edə bilərsiniz.

Güzəştli dövlət ipoteka kreditində təminat (girov) tələbi varmı?

Alınan ev və ya mənzil təminat qismində çıxış edir.

MİDA ipoteka krediti hansı şərtlərlə verilir?

MİDA ipoteka krediti illik 4% olmaqla 30 il müddətinə verilir. İlkin ödəniş 10%-dən başlayaraq təşkil edir.

Daxili ipotekada iş yerinə dair tələb necədir?

Daxili ipoteka növlərində isə iş yerinə dair qeyd olunan tələblər yoxdur.

Zamin tələb olunurmu?

Xeyr, tələb olunmur.

Daxili ipotekada gəlirə dair tələblər nədir?

Daxili ipotekanı əldə etmək üçün, rəsmi gəliriniz (əmək haqqı, təqaüd və s.), sahibkarlıq gəliriniz və ya digər gəlir mənbələri üzrə gəliriniz olmalıdır.

Adi dövlət ipoteka kreditini almaq üçün gəlirə dair tələb nədən ibarətdir?

İpoteka krediti almaq üçün rəsmi gəlirə malik olmalısınız. Rəsmi gəlir dedikdə, əmək haqqı, təqaüd, VÖEN-li sahibkarlıq gəliri başa düşülür.

Güzəştli dövlət ipoteka krediti ilə hansı yaşayış sahələrini əldə edə bilərəm?

İpoteka ilə çıxarış sənədi olan mənzillər, bağ evləri və həyət evləri əldə edə bilərsiniz.

MİDA ipoteka krediti üzrə məbləğ nə qədər təşkil edir?

MİDA ipoteka krediti üzrə maksimal məbləğ 100 000 AZN təşkil edir.

Daxili ipotekada gəlirə dair tələblər nədir?

Daxili ipoteka növlərini əldə etmək üçün isə, rəsmi gəliriniz (əmək haqqı, təqaüd və s.), sahibkarlıq gəliri və ya digər gəlir mənbələri üzrə gəliriniz olmalıdır. 

Ev tikinti ipotekası əldə etmək üçün gəlirə dair tələblər nədən ibarətdir?

Gəlir rəsmi və ya digər gəlir mənbələri üzrə ola bilər.

İş yeri və gəlirə dair sənədlər hansılardır?

İş yerindən arayış (elektron və ya kağız formatda), əmək haqqı kartından son 12 ayın çıxarışı, əmək müqaviləsi və ya əmək kitabçası

Adi dövlət ipoteka krediti əldə etmək üçün minimum gəlir nə qədər olmalıdır?

Minimum gəlirə dair tələb yoxdur. Lakin ipoteka krediti və digər kreditlər üzrə cəmi aylıq ödəniş, aylıq gəlirin işğaldan azad olunan regionlarda 75%-dən, digər regionlar üzrə isə 70%-dən çox olmamalıdır. Məs, gəliriniz 1000 AZN-dirsə aylıq cəmi kredit ödənişiniz maksimum 700 AZN olmalıdır.

MİDA ipoteka krediti üzrə ilkin ödəniş nə qədərdir?

İlkin ödəniş 10%-dən başlayır. Lakin məbləğ kreditin maksimum məbləğini (100 000 AZN) keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Məs, evin qiyməti 120 000 AZN olarsa, bu halda 120 000 AZN (evin qiyməti)-100 000 AZN (maksimal kredit məbləği) = 20 000 AZN (ilkin ödəniş) olacaqdır.

Daxili ipotekada komissiyalar nədən ibarətdir?

Çıxarışlı evlər üçün ipoteka, çıxarışsız evlər üçün ipoteka və digər gəlir mənbələri üzrə ipoteka kreditində komissiyalar aşağıdakılardan ibarətdir:

Çıxarışlı evlər üzrə:

Kreditə görə komissiya haqqı - 0.5%

Notarius hesabından məxaric - 0.5%

Çıxarışsız evlər üzrə:

Kreditə görə komissiya haqqı - 1%

Partnyor şirkətləri üzrə komissiya haqqı 1% təşkil edir.

Ev Tikinti ipotekasında komissiyalar aşağıdakı kimidir:

Kreditə görə komissiya haqqı - 1%

Daxili qiymətləndirmə komissiyası - Kredit məbləğinin 0.1%-i (min.50 AZN maks.100 AZN)

Güzəştli ipoteka kreditini almaq üçün gəlirə dair tələb nədən ibarətdir?

İpoteka krediti almaq üçün rəsmi gəlirə malik olmalısınız. Rəsmi gəlir dedikdə, əmək haqqı, təqaüd, VÖEN-li sahibkarlıq gəliri başa düşülür.

Hazırda müəllim olaraq çalışıram. Əlavə olaraq repetitor fəaliyyəti (şagird hazırlığı) üzrə gəlirlərim də nəzərə alınırmı?

Rəsmi iş yerinizin olub-olmamasından asılı olmayaraq müvafiq təsdiqləyici sənədlər (qeyd dəftəri, kart (hesab) çıxarışları və s.) və məlumatlar əsasında müraciətinizə baxıla bilər. 

VÖEN əsasında biznes fəaliyyəti ilə məşğulam. Adi dövlət ipotekasını necə əldə edə bilərəm?

Sahibkarlıq fəaliyyəti əsasında siz dövlət ipotekasını əldə edə bilərsiniz. Bunun üçün əsas sənədlərlə yanaşı, VÖEN şəhadətnaməsi, vergi bəyannaməsini də təqdim etməlisiniz.

Güzəştli dövlət ipoteka krediti əldə etmək üçün minimum gəlir nə qədər olmalıdır?

Minimum gəlirə dair tələb yoxdur. Lakin ipoteka krediti üzrə aylıq ödəniş, aylıq gəlirin 70%-dən çox olmamalıdır. Məs, gəliriniz 1000 AZN-dirsə aylıq cəmi kredit ödənişiniz maksimum 700 AZN olmalıdır.

MİDA ipoteka kreditində maksimal müddəti nə qədərdir?

MİDA ipoteka krediti üzrə maksimal müddət 30 ildir. Lakin kreditin son ödəniş tarixində borcalanın və ya birgəborcalanın yaşı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşından çox olmamalıdır. Məsələn, kişi müştərinin 50 yaşı varsa, kredit müddəti maksimum 15 il olacaqdır, çünki pensiya yaşı həddi 65-dir. Qadınlar üçün bu yaş həddi 63-dür.

Daxili ipotekada borcalan və birgəborcalan kimlərdir?

Borcalan - ipoteka kreditini əldə etmək istəyən şəxsdir. Birgə borcalan borcalan ilə birlikdə krediti əldə edən rəsmi və ya rəsmi olmayan gəlirə malik olan 1-ci dərəcəli ailə üzvüdür.

İcarədar (obyektini icarəyə verən şəxs) olaraq ipoteka əldə edə bilərəm?

İcarə müqaviləsi, icarə ödənişləri və s. barədə müvafiq sənədlər təqdim edildiyi halda müraciətiniz dəyərləndirilə bilər.

Adi dövlət ipoteka kreditində iş yeri və gəlirə dair sənədlər hansılardır?

İş yerindən arayış (elektron və ya kağız formatda), əmək haqqı kartından son 12 ayın çıxarışı, əmək müqaviləsi və ya əmək kitabçası

VÖEN əsasında biznes fəaliyyəti ilə məşğulam. Güzəştli dövlət ipoteka kreditini necə əldə edə bilərəm?

Sahibkarlıq fəaliyyəti əsasında siz dövlət ipotekasını əldə edə bilərsiniz. Bunun üçün əsas sənədlərlə yanaşı, VÖEN şəhadətnaməsi, vergi bəyannaməsini də təqdim etməlisiniz.

MİDA ipoteka kreditində təminat (girov) tələbi varmı?

Alınan ev və ya mənzil təminat (girov) qismində çıxış edir.

Daxili ipotekada iş stajına dair tələb varmı?

Minimum 3 ay staj olmalıdır.

VÖEN əsasında biznes fəaliyyəti ilə məşğulam. Daxili ipotekanı necə əldə edə bilərəm?

Sahibkarlıq fəaliyyəti əsasında siz daxili ipotekanı əldə edə bilərsiniz. Bunun üçün əsas sənədlərlə yanaşı, VÖEN şəhadətnaməsi, vergi bəyannaməsini və son 12 ay ərzində maliyyə göstəriciləri haqqında arayış da təqdim etməlisiniz.

Adi dövlət ipoteka krediti götürən zaman hansı xərclər nəzərə alınır?

İpoteka krediti götürən zaman cari aylıq kredit ödənişləri, ölkə üzrə müəyyən edilmiş minimum yaşayış xərcləri və digər öhdəliklər nəzərə alınır.

Güzəştli dövlət ipoteka kreditində iş yeri və gəlirə dair sənədlər hansılardır?

İş yerindən arayış (elektron və ya kağız formatda), əmək haqqı kartından son 12 ayın çıxarışı, əmək müqaviləsi və ya əmək kitabçası

MİDA ipoteka krediti ilə hansı yaşayış sahələrini əldə edə bilərəm?

İpoteka ilə əldə ediləcək mənzillərə Mənzil İnşaatı Dövlət Agentliyinin, “MİDA” MMC-nin, həmçinin, Agentliklə və ya “MİDA” MMC ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binaları inşa edərək, mənzilləri vətəndaşlara müəyyən edilmiş qaydada şərtlərlə güzəştli qiymətə satmaq öhdəliyi götürmüş investora aid olan mənzillər aid edilir.

Ailə üzvümlə birgəborcalan kimi daxili ipotekanı əldə edə bilərəm?

Bəli, ailə üzvünün rəsmi və ya rəsmi olmayan gəliri varsa birgəborcalan kimi çıxış edə bilər. Yəni gəlirləriniz toplanacaqdır.

Digər (rəsmi olmayan) gəlir mənbələri dedikdə hansı sahələr nəzərdə tutulur?

      Digər gəlir mənbələri dedikdə aşağıdakı fəaliyyət sahələri nəzərdə tutulur:

\- Stomatoloji sahədə (diş texnikləri) və müstəqil fəaliyyət göstərən həkimlər (lisenziyalı və ya sertifikatlı);

\- Ümumi tibb sahəsində fəaliyyət göstərən həkimlər (müalicə, müayinə, əməliyyat);

\- Repetitor (şagird hazırlığı) fəaliyyət sahəsi (ev, kurs və ya digər şəraitdə);

\- İcarə biznesi (icarə müqaviləsi əsasında);

\- Ticarət ilə bağlı fəaliyyətlər və s.

\- 1 ildən aşağı VÖEN fəaliyyəti olan şəxslər

\* Qeyd: Digər sahələrlə məşğul olduğunuz halda da dəyərləndirmə üçün müraciət edə bilərsiniz.

Adi dövlət ipoteka krediti ilə hansı şəhər və rayonlardan ev/mənzil ala bilərəm?

Dövlət ipotekası bütün ölkə ərazisini əhatə edir.

Güzəştli dövlət ipoteka krediti götürən zaman hansı xərclər nəzərə alınır?

İpoteka krediti götürən zaman cari aylıq kredit ödənişləri, ölkə üzrə müəyyən edilmiş minimum yaşayış xərcləri və digər öhdəliklər nəzərə alınır.

MİDA ipoteka kreditini almaq üçün gəlirə dair tələb nədən ibarətdir?

İpoteka krediti almaq üçün rəsmi gəlirə malik olmalısınız. Rəsmi gəlir dedikdə, əmək haqqı, təqaüd, VÖEN-li sahibkarlıq gəliri başa düşülür.

Daxili ipotekada maksimum nə qədər kredit götürə bilərəm?

Daxili ipoteka növlərində isə maksimum 500 000 AZN ipoteka krediti əldə edə bilərsiniz. Ev tikinti ipotekasında kreditin məbləği maksimum 250 000 AZN təşkil edir.

Adi dövlət ipoteka krediti ilə alınacaq mənzil hansı müddət ərzində müəyyən edilməlidir?

Kapital bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində alınacaq yaşayış sahəsi müəyyənləşdirilməli və həmin yaşayış sahəsinin qiymətləndirilməsi bu müddət ərzində aparılmalıdır.

Güzəştli dövlət ipoteka krediti ilə hansı şəhər və rayonlardan ev/mənzil ala bilərəm?

Dövlət ipotekası bütün ölkə ərazisini əhatə edir.

MİDA ipoteka krediti əldə etmək üçün minimum gəlir nə qədər olmalıdır?

Minimum gəlirə dair tələb yoxdur. Lakin ipoteka krediti üzrə aylıq ödəniş, aylıq gəlirin 70%-dən çox olmamalıdır. Məs, gəliriniz 500 AZN-dirsə aylıq cəmi kredit ödənişiniz maksimum 350 AZN olmalıdır.

Əlavə olaraq rəsmi gəlirim (əmək haqqı, təqaüd və s.) olduqda nəzərə alınırmı?

Rəsmi gəlirlər də kreditin hesablanmasında nəzərə alına bilər.

Xarici ölkə vətəndaşı ipoteka əldə edə bilərmi?

Ölkə ərazisində rəsmi gəliri olan, daimi və müvəqqəti yaşayış icazəsi olan xarici ölkə vətəndaşları birgəborcalan qismində ipoteka krediti əldə edə bilər (digər borcalanın Azərbaycan Respublikası vətəndaşı və 1-ci dərəcəli ailə üzvü olmaq şərtilə).

Adi dövlət ipoteka kreditini almaq üçün hansı filiallara yaxınlaşa bilərəm?

Adi dövlət ipoteka kreditini Kapital Bankın "Mərkəz", "Gəncə", "Səbail",Mingəçevir, Ağ şəhər KOB mərkəzi filialı və "Naxçıvan" filialından əldə edə bilərsiniz. Lakin müraciət üçün Kapital Bank-ın digər filial və ya şöbələrinə də yaxınlaşa bilərsiniz.

Güzəştli kateqoriya əsasında ipotekanı 2-ci dəfə necə əldə edə bilərəm?

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. 2-ci dəfə adi dövlət və ya daxili ipoteka krediti əldə edə bilərsiniz.

VÖEN əsasında biznes fəaliyyəti ilə məşğulam. MİDA ipoteka kreditini necə əldə edə bilərəm?

Sahibkarlıq fəaliyyəti əsasında siz MİDA ipotekasını əldə edə bilərsiniz. Bunun üçün əsas sənədlərlə yanaşı, VÖEN şəhadətnaməsi, vergi bəyannaməsini və maliyyə göstəriciləri haqqında arayış da təqdim etməlisiniz.

Daxili ipotekada iş yeri və gəlirə dair sənədlər hansılardır?

İş yerindən arayış (elektron və ya kağız formatda), əmək haqqı kartından son 12 ayın çıxarışı, əmək müqaviləsi və ya əmək kitabçası

Digər gəlir mənbələri üzrə ipotekada hansı mənzillər və evlər üçün daxili ipoteka krediti götürə bilərəm?

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri və Abşeron rayonu üzrə aşağıdakı mənzilləri əldə edə bilərsiniz:

\- Yeni tikili (çıxarışlı və çıxarışsız) binalarda mənzillər (həmçinin partnyorlara məxsus)

\- Köhnə tikili binalarda (çıxarışlı və çıxarışsız) mənzillər:

1\. 1970-ci ildən əvvəl tikilən 9 və yuxarı mərtəbəli binalarda yerləşən mənzillər

2\. 1970-ci ildən sonra tikilən binalarda yerləşən mənzillər

3\. Arxitektur layihəli mənzillər

\- Fərdi yaşayış (həyət evləri) və bağ evləri (çıxarışlı)

Çıxarışlı evlər üçün ipotekada hansı mənzillər və evlər üçün daxili ipoteka krediti götürə bilərəm?

Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri və Abşeron rayonu üzrə aşağıdakı mənzilləri əldə edə bilərsiniz:

\- Yeni tikili (çıxarış sənədi olan) binalarda mənzillər.

\- Köhnə tikili binalarda çıxarış sənədi olan mənzillər:

1\. 1970-ci ildən əvvəl tikilən 9 və yuxarı mərtəbəli binalarda yerləşən mənzillər

2\. 1970-ci ildən sonra tikilən binalarda yerləşən mənzillər

3\. Arxitektur layihəli mənzillər

\- Fərdi yaşayış (həyət evləri) və bağ evləri (çıxarış sənədi olan)

Çıxarışsız evlər üçün ipotekada hansı mənzillər və evlər üçün daxili ipoteka krediti götürə bilərəm?

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri və Abşeron rayonu üzrə aşağıdakı mənzilləri əldə edə bilərsiniz:

\- Çıxarış sənədi olmayan binalarda mənzillər (həmçinin partnyorlara məxsus)

Partnyor şirkətlər üzrə ipotekada hansı mənzillər və evlər üçün daxili ipoteka krediti götürə bilərəm?

Partnyorlara məxsus (çıxarışlı və çıxarışsız) binalarda mənzillər, çıxarışlı bağ evləri və həyət evləri üçün kredit götürə bilərsiniz.

Adi dövlət ipoteka kreditində mənzilin qiymətləndirilməsi dedikdə nə nəzərdə tutulur?

Qiymətləndirmə dedikdə, mənzilin faktiki bazar qiymətinin ölçülməsi nəzərdə tutulur. Mənzilin qiymətləndirilməsi zamanı müvəkkil qiymətləndirmə şirkəti tərəfindən mənzilin təmirlilik səviyyəsi, yerləşdiyi ərazi, otaqların sayı və s. nəzərə alınır.

Güzəştli dövlət ipoteka krediti ilə alınacaq mənzil hansı müddət ərzində müəyyən edilməlidir?

Kapital bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində alınacaq yaşayış sahəsi müəyyənləşdirilməli və həmin yaşayış sahəsinin qiymətləndirilməsi bu müddət ərzində aparılmalıdır.

MİDA ipoteka kreditində iş yeri və gəlirə dair sənədlər hansılardır?

İş yerindən arayış (elektron və ya kağız formatda), əmək haqqı kartından son 12 ayın çıxarışı, əmək müqaviləsi və ya əmək kitabçası

Hazırda müəllim olaraq çalışıram. Əlavə olaraq repetitor fəaliyyəti (şagird hazırlığı) üzrə gəlirlərim də daxili ipoteka götürən zaman nəzərə alınırmı?

Rəsmi iş yerinizin olub-olmamasından asılı olmayaraq müvafiq təsdiqləyici sənədlər (qeyd dəftəri, kart (hesab) çıxarışları və s.) və məlumatlar əsasında müraciətinizə baxıla bilər.

Tikinti aparılacaq torpaq sahəsi hansı ərazidə olmalıdır?

Tikinti aparılacaq tikinti sahəsi ölkənin istənilən ərazisində yerləşə bilər.

Daxili ipoteka ilə evi/mənzili hansı şəhərlər üzrə ala bilərəm?

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri və Abşeron rayonu üzrə daxili ipoteka krediti əldə edə bilərsiniz.

Adi dövlət ipoteka kreditində qiymətləndirmə zamanı satıcının qoyduğu qiymət ilə bankın qiymətləndirməsi nəticəsində fərq yarandıqda proses necə olur?

Qiymətləndirmə nəticəsində alınan qiymət ilə satıcının qoyduğu qiymət arasında yaranan fərqi müştəri satıcı ilə razılaşdırır.

Güzəştli dövlət ipoteka kreditini almaq üçün hansı filiallara yaxınlaşa bilərəm?

İpoteka kreditini Kapital Bankın "Mərkəz", "Gəncə", "Səbail", "Ağ şəhər KOB mərkəzi", "Mingəçevir" və "Naxçıvan" filialından əldə edə bilərsiniz. Lakin müraciət üçün Kapital Bank-ın digər filial və ya şöbələrinə də yaxınlaşa bilərsiniz.

MİDA ipoteka krediti götürən zaman hansı xərclər nəzərə alınır?

İpoteka krediti götürən zaman cari aylıq kredit ödənişləri, ölkə üzrə müəyyən edilmiş minimum yaşayış xərcləri və digər öhdəliklər nəzərə alınır.

İcarədar (obyektini icarəyə verən şəxs) olaraq daxili ipoteka əldə edə bilərəm?

İcarə müqaviləsi, icarə ödənişləri və s. barədə müvafiq sənədlər təqdim edildiyi halda müraciətiniz dəyərləndirilə bilər. İstisna olaraq "Regionlarda sosial ipoteka"da isə yalnız rəsmi əmək haqqı olmalıdır.

Qiymətləndirmə nədir və kim tərəfindən aparılır?

Qiymətləndirmə dedikdə, təminatın faktiki bazar qiymətinin ölçülməsi nəzərdə tutulur. Təminatın qiymətləndirilməsi bank tərəfindən aparılır.

Partnyor şirkətlərin evini hansı şərtlərlə əldə edə bilərəm?

Partnyorlara məxsus yeni tikili (çıxarışlı və çıxarışsız) binalarda mənzillər, bağ evləri və həyət evləri əldə edə bilərsiniz. Partnyor tikinti şirkətlərinin siyahısı ipoteka.kapitalbank.az saytında göstərilib. Partnyorlar üzrə maksimal məbləğ 500 000 AZN təşkil edir. Faizlər, müddət və maksimal kredit məbləği partnyordan asılı olaraq dəyişə bilər.

Adi dövlət ipoteka kreditində qiymətləndirmə hansı müddət ərzində aparılır?

Qiymətləndirici şirkət ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir

Güzəştli dövlət ipotekasında mənzilin qiymətləndirilməsi dedikdə nə nəzərdə tutulur?

Qiymətləndirmə dedikdə, mənzilin faktiki bazar qiymətinin ölçülməsi nəzərdə tutulur. Mənzilin qiymətləndirilməsi zamanı müvəkkil qiymətləndirmə şirkəti tərəfindən mənzilin təmirlilik səviyyəsi, yerləşdiyi ərazi, otaqların sayı və s. nəzərə alınır.

MİDA ipoteka krediti ilə hansı şəhər və rayonlardan ev/mənzil ala bilərəm?

İpoteka ilə alınacaq mənzillər yalnız MİDA MMC tərəfindən ölkənin şəhər və rayonlarında satışa çıxarılmış evlər və mənzillər üzrə müəyyən edilir.

VÖEN əsasında biznes fəaliyyəti ilə daxili ipotekanı əldə etmək üçün hansı sənədləri təqdim etməliyəm?

Sahibkarlıq fəaliyyəti ilə bağlı əlavə olaraq VÖEN şəhadətnaməsi, vergi bəyannaməsini və 12 aylıq maliyyə arayışı hesabdan çıxarış da təqdim etməlisiniz.

Təminat tələbi varmı?

İpoteka krediti digər çıxarışı olan daşınmaz əmlakın (fərdi yaşayış sahəsi, mənzil və qeyri-yaşayış sahəsi) təminatı ilə rəsmiləşdirilməlidir. İpoteka krediti kimi alınması üçün digər ipoteka ilə yüklü ediləcək daşınmaz əmlak borcalanın özü ilə yanaşı üçüncü şəxslərə də məxsus ola bilər. Təminat Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşməlidir.

Evin çıxarış sənədi olmadıqda ipotekanı necə əldə edə bilərəm?

Çıxarışsız mənzillərin alınması üçün digər çıxarışı olan daşınmaz əmlak (ev, mənzil, qeyri-yaşayış sahəsi) banka təminat kimi təqdim oluna bilər. Partnyor tikinti şirkətlərində də çıxarışsız mənzillər üçün təminat tələb oluna bilər.

Adi dövlət ipoteka kreditində hansı sığorta ödənişləri nəzərdə tutulur?

Əmlak və həyat sığortası nəzərdə tutulur.

Güzəştli dövlət ipotekasında qiymətləndirmə zamanı satıcının qoyduğu qiymət ilə bankın qiymətləndirməsi nəticəsində fərq yarandıqda proses necə olur?

Qiymətləndirmə nəticəsində alınan qiymət ilə satıcının qoyduğu qiymət arasında yaranan fərqi müştəri satıcı ilə razılaşdırır.

MİDA ipotekasını 2-ci dəfə necə əldə edə bilərəm?

MİDA ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız 1 dəfə istifadə edə bilər. 2-ci dəfə adi dövlət və ya daxili ipoteka krediti əldə edə bilərsiniz.

Digər (rəsmi olmayan) gəlir mənbələri dedikdə hansı sahələr nəzərdə tutulur?

      Digər gəlir mənbələri dedikdə aşağıdakı fəaliyyət sahələri nəzərdə tutulur:

\- Stomatoloji sahədə (diş texnikləri) və müstəqil fəaliyyət göstərən həkimlər (lisenziyalı və ya sertifikatlı);

\- Ümumi tibb sahəsində fəaliyyət göstərən həkimlər (müalicə, müayinə, əməliyyat);

\- Repetitor (şagird hazırlığı) fəaliyyət sahəsi (ev, kurs və ya digər şəraitdə);

\- İcarə biznesi (icarə müqaviləsi əsasında);

\- Ticarət ilə bağlı fəaliyyətlər və s.

\- 1 ildən aşağı VÖEN fəaliyyəti olan şəxslər

\* Qeyd: Digər sahələrlə məşğul olduğunuz halda da dəyərləndirmə üçün müraciət edə bilərsiniz.

Təminat kimi qoyulacaq əmlak hansı ərazidə olmalıdır?

Təminat kimi qoyulacaq əmlak Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşməlidir.

Daxili ipoteka kreditini hansı filiallardan əldə etmək mümkündür?

Daxili ipoteka kreditini Kapital Bankın "Mərkəz", "Səbail" , "Mingəçevir", "Ağ şəhər KOB mərkəzi" və "Gəncə" filialından əldə edə bilərsiniz.

Adi dövlət ipoteka krediti üzrə zəmanət nədir?

Zəmanətlər ARİKZF hesabına müəyyən edilmiş komissiya qarşılığında ipoteka krediti məbləği üzrə fondun zəmanətinin təmin edilməsidir. 

Güzəştli dövlət ipoteka kreditində qiymətləndirmə hansı müddət ərzində aparılır?

Qiymətləndirici şirkət ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir

MİDA ipoteka kreditini almaq üçün hansı filiallara yaxınlaşa bilərəm?

İpoteka kreditini Kapital Bankın "Mərkəz", "Gəncə", "Səbail", "Ağ şəhər KOB mərkəzi", "Mingəçevir" və "Naxçıvan" filialından əldə edə bilərsiniz. Lakin müraciət üçün Kapital Bank-ın digər filial və ya şöbələrinə də yaxınlaşa bilərsiniz.

Daxili ipotekanı hansı şəxslər əldə edə bilər?

Daxili ipotekanı aşağıdakı şəxslə əldə edə bilərlər ("Regionlarda sosial ipoteka" istisna olmaqla"):

 - Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər;

 - Yaş həddi - pensiya yaşı həddindən çox olmayan şəxslər;

 - Rəsmi və ya digər gəlir mənbələri üzrə gəlirləri olan şəxslər.

"Regionlarda sosial ipoteka"nı isə aşağıdakı şəxslər əldə edə bilərlər:

 - Yaş həddi – 18-35 arası olan şəxslər

 - İş yeri yalnız regionda olan (Bakı, Sumqayıt, Abşeron daxil deyil)

 - Rəsmi iş yeri olan şəxslər.

Xarici ölkə vətəndaşı daxili ipoteka əldə edə bilərmi?

Ölkə ərazisində rəsmi gəliri olan, daimi və müvəqqəti yaşayış icazəsi olan xarici ölkə vətəndaşları birgəborcalan və zamin qismində ipoteka krediti əldə edə bilər (digər borcalanın Azərbaycan Respublikası vətəndaşı və birinci dərəcəli ailə üzvü olması şərtilə).

Girov tələbi varmı?

Alınan mənzilin çıxarış sənədi olduqda özü, çıxarış sənədi olmadıqda digər çıxarış sənədi olan daşınmaz əmlak (ev, mənzil, qeyri-yaşayış sahəsi) təminat kimi qoyula bilər. Partnyor tikinti şirkətlərində çıxarışsız mənzillər üçün təminat tələb olunmaya bilər.

Çıxarışlı evlər üçün ipotekada təminat tələbi varmı?

Çıxarışlı evlər üçün ipoteka kreditində alınan mənzilin özü təminat qismində çıxış edir.

Çıxarışsız evlər üçün ipotekada təminat (girov) tələbi varmı?

Alınan mənzilin çıxarış sənədi olmadıqda digər çıxarış sənədi olan daşınmaz əmlak (ev, mənzil, qeyri-yaşayış sahəsi) təminat kimi qoyula bilər. Partnyor tikinti şirkətlərində çıxarışsız mənzillər üçün təminat tələb olunmaya bilər.

Adi dövlət ipoteka krediti üzrə zəmanəti kimlər və hansı qaydada ala bilər?

İpoteka kreditləri üzrə zəmanəti adi və güzəştli dövlət ipoteka kreditləri əldə edən şəxslər əldə edə bilər. Zəmanətin verilməsi ilə bağlı rəsmiləşdirilmə işləri borcalanın müraciət etdiyi bank tərəfindən həyata keçirilir.

Güzəştli dövlət ipoteka kreditində hansı sığorta ödənişləri nəzərdə tutulur?

Əmlak və həyat sığortası nəzərdə tutulur.

Tikinti aparılacaq torpaq sahəsinə dair tələblər nədən ibarətdir?

Mülkiyyət hüququnu təsdiq edən sənəd, yəni tikinti aparılacaq torpaq sahəsinin çıxarışı olmalı və təyinatda yaşayış sahəsinin tikintisi üçün qeydi olmalıdır. Tikinti aparılacaq torpaq sahəsinin minimum sahəsi 0.03 hektardan az olmamalıdır.

İpoteka kreditində hansı xərclər nəzərə alınır?

Aşağıdakı xərclər nəzərə alınır:

\- Müştərinin ödədiyi aylıq kredit ödənişlərinin cəmi məbləği

\- Ailə üzvləri üzrə minimal yaşayış xərcləri

\- Digər öhdəliklər və ödənişlər

Adi dövlət ipoteka krediti üzrə zəmanət hansı şərtlərlə verilir?

İpoteka krediti üzrə zəmanətin verilməsi şərtləri ARİKZF tərəfindən müəyyən edilir. Ətraflı: [ARİKZF rəsmi internet səhifəsi](http://mcgf.gov.az/menu/68)

Güzəştli dövlət ipoteka krediti üzrə zəmanət nədir?

Zəmanətlər ARİKZF hesabına müəyyən edilmiş komissiya qarşılığında ipoteka krediti məbləği üzrə fondun zəmanətinin təmin edilməsidir. 

Daxili ipotekada zamin tələb olunurmu?

Xeyr, tələb olunmur.

Tikinti kim tərəfindən aparılmalıdır?

Tikintinin aparılması üçün eskiz layihə lazımdır. Tikinti layihəsinin eskiz layihəsi bankın tikinti üzrə partnyorları tərəfindən hazırlanmalıdır. Eskiz layihə banka təqdim edildikdən sonra tikinti partnyor şirkət və ya müştərinin özü tərəfindən aparıla bilər.

Adi dövlət ipoteka krediti üzrə zəmanətin alınması ilə bağlı hansı ödənişlər nəzərdə tutulur?

Borcalan ipoteka kreditinə zəmanət verilməsi ilə bağlı ARİKZF-na zəmanət haqqı ödəyir. Zəmanət haqqı birdəfəlik və hissəvi olmaqla 2 növdən ibarətdir. Zəmanət haqqı kreditin müddətindən və kreditin məbləğinin girova olan nisbətindən asılıdır. Ətraflı: [ARİKZF rəsmi internet səhifəsi](<http://mcgf.gov.az/menu/68 >)

Güzəştli dövlət ipoteka krediti üzrə zəmanəti kimlər və hansı qaydada ala bilər?

İpoteka kreditləri üzrə zəmanəti adi və güzəştli dövlət ipoteka kreditləri əldə edən şəxslər əldə edə bilər. Zəmanətin verilməsi ilə bağlı rəsmiləşdirilmə işləri borcalanın müraciət etdiyi bank tərəfindən həyata keçirilir.

Eskiz layihə nədir?

Eskiz layihə və ya digər adı ilə çertyoj evin tikintisinə başlamaq və ya tikilmiş evə çıxarış sənədi almaq üçün müvafiq icra hakimiyyətinin və ya BTİ-nin tələb etdiyi ilkin sənəd növüdür.

Güzəştli dövlət ipoteka krediti üzrə zəmanət hansı şərtlərlə verilir?

İpoteka krediti üzrə zəmanətin verilməsi şərtləri ARİKZF tərəfindən müəyyən edilir. Ətraflı: [ARİKZF rəsmi internet səhifəsi](<http://mcgf.gov.az/menu/68 >)

İpoteka kreditinin məbləği hansı formada köçürülür?

Kredit məbləği partnyorun və ya şirkətin hesabına smeta üzrə tranşlarla həyata keçirilir:

\- Smeta üzrə ödənişlər 3 tranş olmaqla Partnyor şirkətin və ya müştərinin hesabına köçürülməklə həyata keçirilir;

\- Hər bir tranşda müvafiq olaraq ayrılan kredit məbləğinin 30%, 30%, 40%-i Partnyor şirkət və ya müştərinin hesabına köçürülür.

Güzəştli dövlət ipoteka krediti üzrə zəmanətin alınması ilə bağlı hansı ödənişlər nəzərdə tutulur?

Borcalan ipoteka kreditinə zəmanət verilməsi ilə bağlı ARİKZF-na zəmanət haqqı ödəyir. Zəmanət haqqı birdəfəlik və hissəvi olmaqla 2 növdən ibarətdir. Zəmanət haqqı kreditin müddətindən və kreditin məbləğinin girova olan nisbətindən asılıdır. Ətraflı: [ARİKZF rəsmi internet səhifəsi](<http://mcgf.gov.az/menu/68 >)

Xarici ölkə vətəndaşı daxili ipoteka əldə edə bilərmi?

Ölkə ərazisində rəsmi gəliri olan, daimi və müvəqqəti yaşayış icazəsi olan xarici ölkə vətəndaşları birgəborcalan qismində daxili ipoteka krediti əldə edə bilər (digər borcalanın Azərbaycan Respublikası vətəndaşı olmaq şərtilə).

Smeta nədir?

Smeta – tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan xərclərin hesablanmasını nəzərdə tutan maliyyə sənədidir.

Daxili ipoteka ilə neçə ədəd mənzil əldə edə bilərəm?

Daxili ipoteka növlərində isə hər hansı limit yoxdur.

Smeta və tikinti müqaviləsi necə bağlanılır?

Smeta və tikinti müqaviləsi partnyor şirkətlə bağlanılır və müvafiq eskiz layihə hazırlanır.

Daxili ipoteka ilə evi/mənzili hansı şəhərlər üzrə ala bilərəm?

Daxili ipoteka növləri üzrə isə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri və Abşeron rayonu üzrə ipoteka krediti əldə edə bilərsiniz. 

Yarımtikiliyə kredit ayrılması mümkündür?

Yarımtikiliyə kredit ayrılması mümkündür:

\- Partnyor tərəfindən tikintinin yeni layihəsi hazırlanır.

\- Yeni layihə hazırlandıqdan sonra layihənin dəyərinə uyğun məhsul şərtlərində nəzərdə tutulan ilkin ödəniş müştəridən və ya partnyordan alınmalıdır.

\- Monitorinq nəticəsində layihədə tikintiyə ehtiyac olması halı müəyyənləşdirildiyi halda layihənin kreditləşməsi mümkün olacaqdır. Yarım tikili ilə bağlı layihədə təmir hissəsinin qaldığı aşkar edildikdə layihəyə kredit vəsaiti ayrılmır.

Çıxarış sənədi nədir?

Çıxarış sənədi dedikdə daşınmaz əmlakın (ev, mənzil, qeyri-yaşayış sahəsi) mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd nəzərdə tutulur.

Smeta və tikinti müqaviləsi üçün tələb olunan sənədlər hansılardır?

Smeta və tikinti müqaviləsinin tərtib edilməsi ilə əlaqədar müştəri tərəfindən Partnyor tikinti şirkətinə təqdim edilməsi zəruri olan sənədlər.

\- Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd.

\- Borcalanın (borcalanların) tikinti aparılacaq torpaq sahəsinə məxsus çıxarış və texniki şəhadətnamə

Daxili ipotekada təminat (girov) tələbi varmı?

Alınan mənzilin çıxarış sənədi olduqda özü, çıxarış sənədi olmadıqda digər çıxarış sənədi olan bir mənzil (ev, obyekt və s) təminat kimi qoyula bilər. Partnyor tikinti şirkətlərində çıxarışsız mənzillər üçün təminat tələb olunmaya bilər.

Torpaq sahəsinə aid hansı sənədlər tələb olunur?

Tikinti aparılacaq torpaq sahəsinə məxsus çıxarış və texniki şəhadətnamə sənədi tələb olunur.

Daxili ipoteka kreditini hansı filiallardan əldə etmək mümkündür?

Daxili ipoteka kreditini Kapital Bankın "Mərkəz", "Səbail" , "Mingəçevir", "Ağ şəhər KOB mərkəzi" və "Gəncə" filialından əldə edə bilərsiniz.

İpotekanın əldə edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb edilən ümumi sənədlər toplusu:

\- Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd

\- Tikinti aparılacaq torpaq sahəsinə məxsus çıxarış və texniki şəhadətnamə

\- Tikintiyə məxsus eskiz layihə, smeta xərclərini müəyyən edən sənəd və tikintinin həyata keçirilməsinə dair müqavilə

\- Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)

\- Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin (müştəri evli olduqda- ər-arvad, övlad, müştəri subay olduqda- valideyinlər, qardaş və bacı) şəxsiyyətini təsdiq edən sənədləri

\- Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti (hər səhifəsi təsdiqlənməlidir).Borcalanın iş yeri məlumatları e-gov-dan əldə edildiyi halda qeyd edilən sənədlər tələb edilməyə bilər

\- Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)

Daxili ipoteka kreditində hansı xərclər nəzərə alınır?

Aşağıdakı xərclər nəzərə alınır:

\- Müştərinin ödədiyi aylıq kredit ödənişlərinin cəmi məbləği;

\- Ailə üzvləri üzrə yaşayış xərcləri

\- Digər öhdəliklər və ödənişlər

Daxili ipoteka ilə partnyor şirkətlərin evini hansı şərtlərlə əldə edə bilərəm?

Partnyorlara məxsus yeni tikili (çıxarışlı və çıxarışsız) binalarda mənzillər, bağ evləri və həyət evləri əldə edə bilərsiniz. Partnyor tikinti şirkətlərinin siyahısı ipoteka.birbank.az saytında göstərilib. Partnyorlar üzrə maksimal məbləğ 500 000 AZN təşkil edir. Faizlər, müddət və kreditin maksimal məbləği partnyordan asılı olaraq dəyişə bilər.

Daxili ipotekada qiymətləndirilmə dedikdə nə nəzərdə tutulur?

Qiymətləndirmə dedikdə, təminatın (ev, mənzil, obyekt və s.) faktiki bazar qiymətinin ölçülməsi nəzərdə tutulur. Təminatın qiymətləndirilməsi zamanı bank tərəfindən təminatın təmirlilik səviyyəsi, yerləşdiyi ərazi, otaqların sayı və s. nəzərə alınır.

Daxili ipotekada hansı sığorta ödənişləri nəzərdə tutulur?

Əmlak və həyat sığortası üzrə sığortalanma prosesi vardır və bu proseslər bankda həyata keçirilir.

Dövlət ipotekasını necə əldə edə bilərəm?

  Adi və güzəştli dövlət ipoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

 MİDA ipoteka krediti əldə etmək üçün MİDA şəxsi kabinet nömrəsinə sahib olmaq lazımdır. Bu nömrəni ASAN Xidmət mərkəzlərindən elektron imza və ya Asan imza vasitəsilə əldə edə bilərsiniz. Müraciət yalnız elektron imza və ya Asan imza ilə E-GOV-da olan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə edilir. 

Güzəştli ipotekadan və MİDA ipotekasından kimlər faydalana bilər?

**Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:**

**- şəhidin övladları;**

**- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;**

**- Azərbaycanın Milli Qəhrəmanının övladları;**

**- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;**

**- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;**

**- Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;**

**- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;**

**- İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı  (I, II və ya III yer);**

**- Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.**

**Elmlər doktoru elmi dərəcəsi olan şəxs;**

**Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;**

**Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları**(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

**Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;**

**Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;**

**Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;**

**Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.**

**şəhid ailəsinin üzvü (əri/arvadı).**

**Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).**

**Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).**

Dövlət ipotekasında borcalan və birgəborcalan kimlərdir?

Borcalan - ipoteka kreditini əldə etmək istəyən şəxsdir. Birgə borcalan rəsmi gəlirə malik olan 1-ci dərəcəli ailə üzvüdür.

Dövlət ipotekası krediti hansı şərtlərlə verilir?

Adi dövlət ipotekası illik 7%-dən başlayaraq 25 il müddətinə verilir. İlkin ödəniş 15%-dən başlayır.

Güzəştli dövlət ipotekası illik 3.7%-dən başlayaraq 30 il müddətinə verilir. İlkin ödəniş 10%-dən başlayır.

MİDA ipoteka krediti illik 4% olmaqla 30 il müddətinə verilir. İlkin ödəniş 10%-dən başlayır.

Elektron imza və ya Asan imzanı necə əldə edə bilərəm?

Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.

Dövlət ipoteka krediti üzrə məbləğ nə qədər təşkil edir?

Adi dövlət ipotekası üzrə maksimal məbləğ 150 000 azn təşkil edir. MİDA və Güzəştli dövlət ipotekasında isə maksimal məbləğ 100 000 AZN təşkil edir.

MİDA ipoteka krediti üçün elektron qaydada edilən müraciətə hansı müddət ərzində baxılır?

Müraciətə onun qeydiyyata alındığı gündən 3 (üç) iş günü ərzində baxılır. Əlavə araşdırmanın aparılması tələb olunduğu hallarda, müraciət edən şəxsə bu barədə məlumat verilməklə, həmin müddət 10 (on) iş günü artırıla bilər.

Dövlət ipotekası üzrə elektron kabinet nədir?

ASAN İmza və ya Elektron imza vasitəsilə e-gov.az-da qeydiyyatdan keçməklə istifadəçi üçün yaradılan şəxsi kabinetdir.

Dövlət ipoteka krediti üzrə ilkin ödəniş nə qədərdir?

Adi dövlət ipotekasında ilkin ödəniş 15%-dən başlayır. Lakin məbləğ kreditin maksimum məbləğini (Güzəşti ipoteka üzrə 100 000 AZN, adi dövlət ipotekasında 150 000 AZN) keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Məs, evin/mənzilin qiyməti 200 000 AZN olarsa, bu halda 200 000 (evin/mənzilin qiyməti)-150 000 (maksimal kredit məbləği) = 50 000 (ilkin ödəniş) olacaqdır (Adi dövlət ipotekası üzrə). Güzəştli dövlət ipotekası üzrə isə ilkin ödəniş 10%-dən başlayır.

Dövlət ipotekasında kreditin maksimal müddəti nə qədərdir?

Adi ipoteka krediti üzrə maksimal müddət 25 ildir. Lakin kreditin son ödəniş tarixində borcalanın və ya birgəborcalanın yaşı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşından çox olmamalıdır. Məsələn, kişi müştərinin 50 yaşı varsa, kredit müddəti maksimum 15 il olacaqdır, çünki pensiya yaşı həddi 65-dir. Qadınlar üçün bu yaş həddi 63-dür. Güzəştli ipoteka krediti və MİDA ipotekası üzrə maksimal müddət 30 ildir. 

MİDA ipoteka krediti üzrə mənzillərin satışa çıxarılması barədə məlumatları necə əldə edə bilərəm?

Mənzillərin satışının başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrində, MİDA Agentliyin internet saytında, “Elektron hökumət” portalında və ARİKZF internet saytında elan yerləşdirilir.

Dövlət ipotekasında təminat (girov) tələbi varmı?

Alınan ev və ya mənzil təminat (girov) qismində çıxış edir.

MİDA ipoteka krediti üzrə mənzil əldə etmək mümkün olmadıqda təkrar müraciəti necə edə bilərəm?

Bankdan ilkin razılıq qərarı almış elektron kabinet verilmiş şəxs həmin qərarın verildiyi tarixdən bir il ərzində bu Qaydaya uyğun olaraq mənzil əldə etmədikdə, lakin mənzili ipoteka krediti ilə əldə etmək istəyində olarsa yenidən ilkin razılıq barədə qərar almalı və həmin qərarı “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirməlidir.

Dövlət ipoteka krediti ilə hansı yaşayış sahələrini əldə edə bilərəm?

Adi və güzəştli dövlət ipoteka krediti ilə çıxarış sənədi olan mənzillər, bağ evləri və həyət evləri əldə edə bilərsiniz. MİDA ipoteka krediti ilə əldə ediləcək mənzillərə isə yalnız Mənzil İnşaatı Dövlət Agentliyinin, “MİDA” MMC-nin, həmçinin, Agentliklə və ya “MİDA” MMC ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binaları inşa edərək, mənzilləri vətəndaşlara müəyyən edilmiş qaydada şərtlərlə güzəştli qiymətə satmaq öhdəliyi götürmüş investora aid olan mənzillər aid edilir.

Dövlət ipoteka krediti əldə etmək üçün minimum gəlir nə qədər olmalıdır?

Minimum gəlirə dair tələb yoxdur. Lakin ipoteka krediti üzrə aylıq ödəniş, aylıq gəlirin 70%-dən çox olmamalıdır. Məs, gəliriniz 1000 AZN-dirsə aylıq cəmi kredit ödənişiniz maksimum 700 AZN olmalıdır.

VÖEN əsasında biznes fəaliyyəti ilə məşğulam. Dövlət ipotekasını necə əldə edə bilərəm?

Sahibkarlıq fəaliyyəti əsasında siz dövlət ipotekasını əldə edə bilərsiniz. Bunun üçün əsas sənədlərlə yanaşı, VÖEN şəhadətnaməsi, vergi bəyannaməsini də təqdim etməlisiniz.

Dövlət ipotekasında iş yeri və gəlirə dair sənədlər hansılardır?

İş yerindən arayış (elektron və ya kağız formatda), əmək haqqı kartından son 12 ayın çıxarışı, əmək müqaviləsi və ya əmək kitabçası

Dövlət ipoteka krediti götürən zaman hansı xərclər nəzərə alınır?

İpoteka krediti götürən zaman cari aylıq kredit ödənişləri, ölkə üzrə müəyyən edilmiş minimum yaşayış xərcləri və digər öhdəliklər nəzərə alınır.

Dövlət ipoteka krediti ilə hansı şəhər və rayonlardan ev/mənzil ala bilərəm?

Dövlət ipotekası bütün ölkə ərazisini əhatə edir. MİDA ipotekasında isə yalnız MİDA MMC tərəfindən ölkənin şəhər və rayonlarında satışa çıxarılmış evlər üzrə müəyyən edilir.

Dövlət ipoteka kreditini almaq üçün gəlirə dair tələb nədən ibarətdir?

Dövlət ipoteka krediti almaq üçün rəsmi gəlirə malik olmalısınız. Rəsmi gəlir dedikdə, əmək haqqı, təqaüd, VÖEN-li sahibkarlıq gəliri başa düşülür.

Adi və güzəştli ipoteka krediti ilə alınacaq mənzil hansı müddət ərzində müəyyən edilməlidir?

Kapital bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində alınacaq yaşayış sahəsi müəyyənləşdirilməli və həmin yaşayış sahəsinin qiymətləndirilməsi bu müddət ərzində aparılmalıdır.

Dövlət ipotekasını 2-ci dəfə əldə edə bilərəm?

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər (MİDA və Güzəştli dövlət ipotekası). Adi dövlət ipotekasında isə məhdudiyyət yoxdur.

Dövlət ipoteka kreditini almaq üçün hansı filiallara yaxınlaşa bilərəm?

Dövlət ipoteka kreditlərini Kapital Bankın "28 May", "Gəncə", "Səbail" və "Naxçıvan" (MİDA ipotekası istisna) filialından əldə edə bilərsiniz. Lakin müraciət üçün Kapital Bank-ın digər filial və ya şöbələrinə də yaxınlaşa bilərsiniz.

Dövlət ipotekasında mənzilin qiymətləndirilməsi dedikdə nə nəzərdə tutulur?

Qiymətləndirmə dedikdə, mənzilin faktiki bazar qiymətinin ölçülməsi nəzərdə tutulur. Mənzilin qiymətləndirilməsi zamanı müvəkkil qiymətləndirmə şirkəti tərəfindən mənzilin təmirlilik səviyyəsi, yerləşdiyi ərazi, otaqların sayı və s. nəzərə alınır. MİDA ipotekası üzrə mənzillərin qiymətləndirilməsi aparılmr.

Dövlət ipotekasında qiymətləndirmə zamanı satıcının qoyduğu qiymət ilə bankın qiymətləndirməsi nəticəsində fərq yarandıqda proses necə olur?

Qiymətləndirmə nəticəsində alınan qiymət ilə satıcının qoyduğu qiymət arasında yaranan fərqi müştəri satıcı ilə razılaşdırır. MİDA ipotekası üzrə mənzillərin qiymətləndirilməsi aparılmr.

Dövlət ipotekasında qiymətləndirmə hansı müddət ərzində aparılır?

Qiymətləndirici şirkət ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir. MİDA ipoteka kreditində isə qiymətləndirmə aparılmır.

Dövlət ipoteka krediti üzrə zəmanət nədir?

Zəmanətlər ARİKZF hesabına müəyyən edilmiş komissiya qarşılığında adi və güzəştli ipoteka krediti məbləği üzrə fondun zəmanətinin təmin edilməsidir. 

Dövlət ipoteka krediti üzrə zəmanəti kimlər və hansı qaydada ala bilər?

İpoteka kreditləri üzrə zəmanəti adi və güzəştli dövlət ipoteka kreditləri əldə edən şəxslər əldə edə bilər. Zəmanətin verilməsi ilə bağlı rəsmiləşdirilmə işləri borcalanın müraciət etdiyi bank tərəfindən həyata keçirilir. MİDA ipotekası üzrə zəmanətlər təqdim edilmir.

Dövlət ipoteka krediti üzrə zəmanət hansı şərtlərlə verilir?

İpoteka krediti üzrə zəmanətin verilməsi şərtləri ARİKZF tərəfindən müəyyən edilir. MİDA ipotekası üzrə zəmanətlər təqdim edilmir. Daha ətraflı: [ARİKZF rəsmi saytı](http://mcgf.gov.az/menu/68)

Dövlət ipoteka krediti üzrə zəmanətin alınması ilə bağlı hansı ödənişlər nəzərdə tutulur?

Borcalan ipoteka kreditinə zəmanət verilməsi ilə bağlı ARİKZF-na zəmanət haqqı ödəyir. Zəmanət haqqı birdəfəlik və hissəvi olmaqla 2 növdən ibarətdir. Zəmanət haqqı kreditin müddətindən və kreditin məbləğinin girova olan nisbətindən asılıdır. MİDA ipotekası üzrə zəmanətlər təqdim edilmir. Daha ətraflı: [ARIKZF rəsmi saytı ](http://mcgf.gov.az/menu/68)

Ev tikinti ipotekası nədir?

Ev tikinti ipotekası çıxarış sənədi olan torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan, Bankın daxili vəsaiti hesabına verilən ipoteka kreditidir.

Ev tikinti ipotekasını kimlər əldə edə bilər?

Ev tikinti ipotekasını rəsmi və digər gəlirlərə malik şəxslər əldə edə bilərlər.

Ev tikinti ipotekasında illik faiz dərəcəsi neçə faizdir?

İllik faiz dərəcəsi kredit müddəti 5 il-dək olduqda 17.5%, 10 il-dək olduqda 18%, 20 il-dək olduqda 18,5% təşkil edir.

Ev tikinti ipotekasında tikinti aparılacaq torpaq sahəsi hansı ərazidə olmalıdır?

Tikinti aparılacaq tikinti sahəsi ölkənin istənilən ərazisində yerləşə bilər.

Ev tikinti ipotekasında təminat tələbi varmı?

İpoteka krediti digər çıxarışı olan daşınmaz əmlakın (fərdi yaşayış sahəsi, mənzil və qeyri-yaşayış sahəsi) təminatı ilə rəsmiləşdirilməlidir. İpoteka krediti kimi alınması üçün digər ipoteka ilə yüklü ediləcək daşınmaz əmlak borcalanın özü ilə yanaşı üçüncü şəxslərə də məxsus ola bilər.

Ev tikinti ipotekasında təminat kimi qoyulacaq əmlak hansı ərazidə olmalıdır?

Təminat kimi qoyulacaq əmlak Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşməlidir.

Ev tikinti ipotekasında tikinti aparılacaq torpaq sahəsinə dair tələblər nədən ibarətdir?

Mülkiyyət hüququnu təsdiq edən sənədi, yəni tikinti aparılacaq torpaq sahəsinin çıxarışı olmalı və təyinatda yaşayış sahəsinin tikintisi üçün qeydi olmalıdır. Tikinti aparılacaq torpaq sahəsinin minimum sahəsi 0.03 hektardan az olmamalıdır.

Ev tikinti ipotekasında tikinti kim tərəfindən aparılmalıdır?

Tikintinin aparılması üçün eskiz layihə lazımdır. Tikinti layihəsinin eskiz layihəsi bankın tikinti üzrə partnyorları tərəfindən hazırlanmalıdır. Eskiz layihə banka təqdim edildikdən sonra tikinti partnyor şirkət və ya müştərinin özü tərəfindən aparıla bilər.

Eskiz layihə nədir?

Eskiz layihə və ya digər adı ilə çertyoj evin tikintisinə başlamaq və ya tikilmiş evə çıxarış sənədi almaq üçün müvafiq icra hakimiyyətinin və ya BTİ-nin tələb etdiyi ilkin sənəd növüdür.

Ev tikinti ipoteka kreditində ipoteka kreditinin məbləği hansı formada köçürülür?

Kredit məbləği partnyorun və ya şirkətin hesabına smeta üzrə tranşlarla həyata keçirilir:

\- Smeta üzrə ödənişlər 3 tranş olmaqla Partnyor şirkətin və ya müştərinin hesabına köçürülməklə həyata keçirilir;

\- Hər bir tranşda müvafiq olaraq ayrılan kredit məbləğinin 30%, 30%, 40%-i Partnyor şirkət və ya müştərinin hesabına köçürülür.

Smeta nədir?

Smeta – tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan xərclərin hesablanmasını nəzərdə tutan maliyyə sənədidir.

Ev tikinti ipotekasında smeta və tikinti müqaviləsi necə bağlanılır?

Smeta və tikinti müqaviləsi partnyor şirkətlə bağlanılır və müvafiq eskiz layihə hazırlanır.

Ev tikinti ipotekasında yarımtikiliyə kredit ayrılması mümkündür?

Yarımtikiliyə kredit ayrılması mümkündür:

\- Partnyor tərəfindən tikintinin yeni layihəsi hazırlanır.

\- Yeni layihə hazırlandıqdan sonra layihənin dəyərinə uyğun məhsul şərtlərində nəzərdə tutulan ilkin ödəniş müştəridən və ya partnyordan alınmalıdır.

\- Monitorinq nəticəsində layihədə tikintiyə ehtiyac olması halı müəyyənləşdirildiyi halda layihənin kreditləşməsi mümkün olacaqdır. Yarım tikili ilə bağlı layihədə təmir hissəsinin qaldığı aşkar edildikdə layihəyə kredit vəsaiti ayrılmır.

Ev tikinti ipotekasında smeta və tikinti müqaviləsi üçün tələb olunan sənədlər hansılardır?

Smeta və tikinti müqaviləsinin tərtib edilməsi ilə əlaqədar müştəri tərəfindən Partnyor tikinti şirkətinə təqdim edilməsi zəruri olan sənədlər.

\- Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd.

\- Borcalanın (borcalanların) tikinti aparılacaq torpaq sahəsinə məxsus çıxarış və texniki şəhadətnamə

Ev tikinti ipotekasında torpaq sahəsinə aid hansı sənədlər tələb olunur?

Tikinti aparılacaq torpaq sahəsinə məxsus çıxarış və texniki şəhadətnamə sənədi tələb olunur.

Ev tikinti ipoteka krediti əldə edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb edilən ümumi sənədlər toplusu.

\- Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd.

\- Tikinti aparılacaq torpaq sahəsinə məxsus çıxarış və texniki şəhadətnamə.

\- Tikintiyə məxsus eskiz layihə, smeta xərclərini müəyyən edən sənəd və tikintinin həyata keçirilməsinə dair müqavilə.

\- Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)

\- Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin (müştəri evli olduqda- ər-arvad, övlad, müştəri subay olduqda- valideyinlər, qardaş və bacı) şəxsiyyətini təsdiq edən sənədləri.Rəsmi gəlir olduqda;

\- Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti (hər səhifəsi təsdiqlənməlidir).Borcalanın iş yeri məlumatları e-gov-dan əldə edildiyi halda qeyd edilən sənədlər tələb edilməyə bilər.

\- Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)

Torpaq ipotekası nədir?

Torpaq ipotekası çıxarış sənədi və təyinatı yaşayış sahəsi olan torpağın alışı üçün nəzərdə tutulan, bankın daxili vəsaiti hesabına verilən ipoteka kreditidir.

Torpaq ipotekasını kimlər əldə edə bilər?

Torpaq ipotekasını rəsmi və digər gəlirlərə malik şəxslər əldə edə bilərlər.

Kreditin məbləği nə qədərdir?

Kreditin məbləği minimum 15 000 AZN, maksimum 150 000 AZN təşkil edir

Kreditin müddəti nə qədərdir?

Kreditin maksimal müddəti 15 ildir. Lakin kreditin son ödəniş tarixində borcalanın və ya birgəborcalanın yaşı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşından çox olmamalıdır. Məsələn, kişi müştərinin 60 yaşı varsa, kredit müddəti maksimum 5 il olacaqdır, çünki pensiya yaşı həddi 65-dir. Qadınlar üçün bu yaş həddi 63-dür.

İllik faiz dərəcəsi neçə faizdir?

İllik faiz dərəcəsi kredit müddəti 5 il-dək olduqda 17.5%, 15 il-dək olduqda 18,5% təşkil edir.

Komissiya haqqı neçə faiz təşkil edir?

Kreditə görə komissiya haqqı - 1%

Daxili qiymətləndirmə komissiyası - Kredit məbləğinin 0.1%-i (min.50 AZN maks.100 AZN)

İlkin ödəniş nə qədər təşkil edir?

İlkin ödəniş:

15%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olmayan şəxslər üçün)

30%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olan şəxslər üçün)

Lakin məbləğ kreditin maksimum məbləğini (100 000 AZN) keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Məs, torpağın qiyməti 300 000 AZN olarsa, bu halda 300 000 AZN (torpağın qiyməti)-100 000 AZN (maksimal kredit məbləği) = 200 000 AZN ilkin ödəniş olacaqdır.

Borcalan və birgəborcalan kimlərdir?

Borcalan - ipoteka kreditini əldə etmək istəyən şəxsdir. Birgəborcalan borcalan ilə birlikdə krediti əldə edən rəsmi və ya digər gəlirə malik olan 1-ci dərəcəli ailə üzvüdür.

Ailə üzvümlə birgəborcalan kimi daxili ipotekanı əldə edə bilərəm?

Bəli, ailə üzvünün rəsmi və ya digər gəliri varsa birgəborcalan kimi çıxış edə bilər. Bu halda gəlirləriniz toplanacaqdır.

Zamin tələb olunurmu?

Xeyr, tələb olunmur.

Torpaq ipotekası əldə etmək üçün gəlirə dair tələblər nədən ibarətdir?

Gəlir rəsmi və ya digər gəlir mənbələri üzrə ola bilər.

İş yeri və gəlirə dair sənədlər hansılardır?

İş yerindən arayış (elektron və ya kağız formatda), əmək haqqı kartından son 12 ayın çıxarışı, əmək müqaviləsi və ya əmək kitabçası

Hazırda müəllim olaraq çalışıram. Əlavə olaraq repetitor fəaliyyəti (şagird hazırlığı) üzrə gəlirlərim də nəzərə alınırmı?

Rəsmi iş yerinizin olub-olmamasından asılı olmayaraq müvafiq təsdiqləyici sənədlər (qeyd dəftəri, kart (hesab) çıxarışları və s.) və məlumatlar əsasında müraciətinizə baxıla bilər. 

İcarədar (obyektini icarəyə verən şəxs) olaraq ipoteka əldə edə bilərəm?

İcarə müqaviləsi, icarə ödənişləri və s. barədə müvafiq sənədlər təqdim edildiyi halda müraciətiniz dəyərləndirilə bilər.

VÖEN əsasında biznes fəaliyyəti ilə məşğulam. Torpaq ipotekasını necə əldə edə bilərəm?

Sahibkarlıq fəaliyyəti əsasında siz daxili ipotekanı əldə edə bilərsiniz. Bunun üçün əsas sənədlərlə yanaşı, VÖEN şəhadətnaməsi, vergi bəyannaməsini və son 12 ay ərzində maliyyə göstəriciləri haqqında arayış da təqdim etməlisiniz.

Digər (rəsmi olmayan) gəlir mənbələri dedikdə hansı sahələr nəzərdə tutulur?

Digər gəlir mənbələri dedikdə aşağıdakı fəaliyyət sahələri nəzərdə tutulur:

\- Stomatoloji sahədə (diş texnikləri) və müstəqil fəaliyyət göstərən həkimlər (lisenziyalı və ya sertifikatlı);

\- Ümumi tibb sahəsində fəaliyyət göstərən həkimlər (müalicə, müayinə, əməliyyat);

\- Repetitor (şagird hazırlığı) fəaliyyət sahəsi (ev, kurs və ya digər şəraitdə);

\- İcarə biznesi (icarə müqaviləsi əsasında);

\- Ticarət ilə bağlı fəaliyyətlər və s.

\- 1 ildən aşağı VÖEN fəaliyyəti olan şəxslər

\* Qeyd: Digər sahələrlə məşğul olduğunuz halda da dəyərləndirmə üçün müraciət edə bilərsiniz.

Qiymətləndirmə nədir və kim tərəfindən aparılır?

Qiymətləndirmə dedikdə, təminatın faktiki bazar qiymətinin ölçülməsi nəzərdə tutulur. Təminatın qiymətləndirilməsi bank tərəfindən aparılır.

Təminat tələbi varmı?

1)Təminat-

• Torpaq sahəsi Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşdiyi halda təminat qismində alınacaq torpaq sahəsi çıxış etməlidir.

• Torpaq sahəsi Bakı, Abşeron və Sumqayıt ərazisindən kənar yerləşdiyi halda təminat qismində Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşən daşınmaz əmlak (fərdi yaşayış sahəsi, bağ evi, mənzil və qeyri-yaşayış sahəsi) çıxış etməlidir.

2\) Torpaq sahəsinin ərazisi- Azərbaycan Respublikasının ərazisində.

Təminat kimi qoyulacaq əmlak hansı ərazidə olmalıdır?

• Torpaq sahəsi Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşdiyi halda təminat qismində alınacaq torpaq sahəsi çıxış etməlidir.

• Torpaq sahəsi Bakı, Abşeron və Sumqayıt ərazisindən kənar yerləşdiyi halda təminat qismində Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşən daşınmaz əmlak (fərdi yaşayış sahəsi, bağ evi, mənzil və qeyri-yaşayış sahəsi) çıxış etməlidir. 

Xarici ölkə vətəndaşı daxili ipoteka əldə edə bilərmi?

Ölkə ərazisində rəsmi gəliri olan, daimi və müvəqqəti yaşayış icazəsi olan xarici ölkə vətəndaşları birgəborcalan və zamin qismində ipoteka krediti əldə edə bilər (digər borcalanın Azərbaycan Respublikası vətəndaşı və birinci dərəcəli ailə üzvü olması şərtilə).

Torpaq sahəsinə dair tələblər nədən ibarətdir?

Torpaq sahəsinin minimum sahəsi 0.03 hektardan az olmamalıdır.

Torpaq sahəsinin hansı ərazidə olmalıdır?

Torpaq sahəsinin ərazisi- Azərbaycan Respublikasının ərazisində.

Torpaq sahəsinə aid hansı sənədlər tələb olunur?

Torpaq sahəsinə məxsus çıxarış və texniki şəhadətnamə sənədi tələb olunur.

İpotekanın əldə edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb edilən ümumi sənədlər toplusu:

\- Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd

-Torpaq sahəsinə məxsus çıxarış və texniki şəhadətnamə