---
description: Daxili ipoteka kreditinə müraciət etmək üçün ipoteka əldə etmək istəyən şəxsdən (borcalandan) ümumi sənədlər və əlavə olaraq ailə vəziyyətindən (evli, subay, b…
title: Daxili ipotekanın alınması üçün tələb olunan sənədlər hansılardır və bu sənədləri hardan əldə edə bilərsiniz. -Ipoteka.birbank.az
image: https://ipoteka.birbank.az/api/articles/photo/53290284-81bd-4c6f-9007-89d1363b1f27.png
---

Daxili ipotekanın alınması üçün tələb olunan sənədlər hansılardır və bu sənədləri hardan əldə edə bilərsiniz.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/53290284-81bd-4c6f-9007-89d1363b1f27.png)

Daxili ipoteka kreditinə müraciət etmək üçün ipoteka əldə etmək istəyən şəxsdən (borcalandan) ümumi sənədlər və əlavə olaraq ailə vəziyyətindən (evli, subay, boşanmış), gəlirindən (rəsmi əmək haqqı, təqaüd/müavinət, sahibkarlıq) asılı olaraq digər sənədlər tələb oluna bilər.

İlkin sənədlər bankın ipoteka kreditinə müraciət edən şəxsin ödəniş qabiliyyətinin müəyyən olunması və bu əsasda kreditin verilib-verilməməsinə dair qərar qəbul edilməsi üçün lazımdır. Yəni bu sənədlərin istənilməsi yalnız ipotekaya müraciət edən şəxsin ödəniş qabiliyyətinin qiymətləndirməsi üçün nəzərdə tutulur və əgər ödəniş qabiliyyətinin bank tərəfindən qəbul edilib, kredit ayrıla bilər kimi qərar verilərsə, o zaman kredit rəsmiləşdirilməsində mənzilə, satıcıya dair və sair sənədlər təqdim ediləcək.

Müraciət üçün aşağıdakı ümumi sənədlər hər bir halda banka təqdim edilməlidir.

## **Ümumi sənədlər:**

- Şəxsiyyət vəsiqəsinin surəti
- Doğum şəhadətnaməsinin surəti
- Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti
- Ailə tərkibi haqqında arayışı (ASAN Xidmət)

Əlavə olaraq gəlir, ailə vəziyyəti və məhsul növündən asılı olaraq ümumi sənədlərlə birlikdə aşağıda qeyd olunan sənədlər də təqdim edilməlidir.

## **Əlavə sənədlər:**

*Evli olduqda:*

- İpoteka götürən şəxsin (borcalanın) həyat yoldaşının doğum şəhadətnaməsinin surəti
- İpoteka götürən şəxsin (borcalanın) nikah şəhadətnaməsinin surəti

*Subay olduqda:*

- İpoteka götürən şəxsin (borcalanın) subaylıq haqqında arayışı - Forma 14 (VVADQ\* (ZAQS) şöbəsi)

*Boşanmış olduqda:*

- İpoteka götürən şəxsin (borcalanın) nikahın pozulması haqqında şəhadətnamənin surəti
- İpoteka götürən şəxsin (borcalanın) nikahın pozulması barəsində məhkəmə qətnaməsi ( övladı olduğu halda)
- İpoteka götürən şəxsin (borcalanın) subaylıq haqqında arayışı - Forma 14\* (VVADQ (ZAQS) şöbəsi)

Qeyd\* : Forma 14 sənədi ipoteka götürən şəxsin qeydiyyatda olduğu rayonun qeydiyyat şöbəsindən əldə edilir.

## **Gəlirə əsasən tələb olunan sənədlər:**

*Təqaüd/Müavinət aldıqda:*

- Təqaüd/Müavinət barədə arayış
- Təqaüd/Müavinət kartından 12 ay çıxarışı
- Borcalan ehtiyyata və ya istefaya buraxılmış hərbi qulluqçu olduqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən arayış

*Rəsmi əmək haqqı aldıqda:*

- İpoteka götürən şəxsin (borcalanın) iş yerindən arayışı və ya elektron arayış
- İpoteka götürən şəxsin (borcalanın) əmək müqaviləsi və ya əmək kitabçası
- İpoteka götürən şəxsin (borcalanın) əmək haqqı kartından çıxarış (son 12 ay)
- İpoteka götürən şəxsin (borcalanın) Həyatın Yığım Sığortasına qoşulduğu təqdirdə Müqavilələrin surəti

Qeyd: Bir neçə rəsmi iş yeri olduqda hər bir iş yerinə dair yuxarıda göstərilən sənədlər göndərilməlidir.

*Fərdi sahibkarlıq fəaliyyəti olduqda:*

- Sahibkarın VÖEN şəhadətnaməsinin surəti
- Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi
- Vergi orqanları tərəfindən son 12 ay ərzində maliyyə göstəriciləri haqqında arayış

Qeyd:Sahibkarlıq ilə bağlı sənədlər Regionlarda sosial ipoteka məhsulundan başqa digər daxili ipoteka məhsullarında tələb oluna bilər

Qeyd : Yuxarıda göstərilən sənədlər birgəborcalan ilə birlikdə müraciət edildikdə həmin şəxs tərəfindən də təqdim edilməlidir.

## **Ev tikinti ipotekasına müraciət edildikdə əlavə olaraq aşağıdakı sənədlər tələb olunur:**

- Tikinti aparılacaq torpaq sahəsinə məxsus çıxarış
- Tikinti aparılacaq torpaq sahəsinə məxsus texniki şəhadətnamə (texniki pasport)
- Tikintiyə məxsus eskiz layihə (partnyor şirkət tərəfindən hazırlanan)
- Tikintiyə məxsus eskiz smeta xərclərini müəyyən edən sənəd (partnyor şirkət tərəfindən hazırlanan)
- Tikintinin həyata keçirilməsinə dair partnyor ilə bağlanmış müqavilə

Məqalələr

Bütün məqalələr

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/75289763-0013-4b6e-853c-8e865200d3e9.webp)

Digər gəlir mənbələri olan şəxslər kimlərdir və ipotekadan necə yararlana bilərlər.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/0fc54a49-997a-4f13-8e25-8167ac1ce527.webp)

İpoteka alınmasında birgəborcalan kimlər ola bilər və birgəborcalan nə üçün lazımdır?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/729cc850-72d0-4342-bc72-2828ef5a9a92.webp)

Daxili ipotekanın alınması üçün tələb olunan sənədlər hansılardır və bu sənədləri hardan əldə edə bilərsiniz.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/2b3a6112-2e87-422b-b106-4aefd4d08185.webp)

Ev tikinti ipoteka krediti nədir və kimlər yararlana bilər?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/fa4d51b9-65e1-4c5a-89f8-9439eefa6af1.webp)

İpoteka krediti nədir?