---
description: İlk öncə borcalan və birgəborcalanın kim olduğu haqda məlumat verək. Borcalan — ipoteka kreditinin alınması üçün müraciət edən və bankla kredit müqaviləsi bağl…
title: İpoteka alınmasında birgəborcalan kimlər ola bilər və birgəborcalan nə üçün lazımdır? -Ipoteka.birbank.az
image: https://ipoteka.birbank.az/api/articles/photo/2766ee93-44e1-488d-9a61-a36c26cece27.png
---

İpoteka alınmasında birgəborcalan kimlər ola bilər və birgəborcalan nə üçün lazımdır?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/2766ee93-44e1-488d-9a61-a36c26cece27.png)

## **İlk öncə borcalan və birgəborcalanın kim olduğu haqda məlumat verək.**

Borcalan — ipoteka kreditinin alınması üçün müraciət edən və bankla kredit müqaviləsi bağlamaqla ipoteka krediti götürən şəxsdir.

Birgəborcalan – borcalanın (ipoteka götürən şəxsin) 1-ci dərəcəli ailə üzvü olmaqla, rəsmi və ya digər gəlirə malik, ipoteka müqaviləsi üzrə borcalan ilə eyni hüquq və öhdəlikləri olan şəxsdir. Digər gəlir mənbəyi olan birgəborcalan kimi yalnız daxili ipoteka üzrə müraciət edilə bilər (Regionlarda sosial ipoteka istisna). Kredit müqaviləsi borcalanın adına rəsmiləşdirilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərə görə birgəborcalanlar da eyni məsuliyyəti daşıyır.

## **Birgəborcalan nə zaman lazım ola bilər?**

*İpoteka götürən şəxsə hesablanmış kredit məbləğinin artırılması zamanı*

İpoteka götürən şəxsə bank tərəfindən hesablanmış kredit məbləği alınacaq evin,mənzilin alınması üçün kifayət etmədikdə birgəborcalan ilə birlikdə müraciət edilərək kredit məbləği artırıla bilər. Məsələn: evin qiyməti 100 000 AZN-dir və bank tərəfindən ipoteka götürən şəxsin gəlirləri əsasında 50 000 AZN kredit məbləği hesablanmışdır və bu məbləğ evin/mənzilin əldə edilməsi üçün kifayət etmir. Bu zaman gəlirə malik olan birgəborcalan ilə birlikdə məbləğ artırıla bilər. Bu halda bank tərəfindən kredit müraciətinə baxılarkən borcalanın və birgəborcalanın ümumi gəlir və öhdəlikləri nəzərə alınacaq.

*İpoteka götürən şəxsin gəlirinə əsasən hesablanmış kredit məbləği kredit şərtlərini ödəmədiyi zaman*

İpoteka götürən şəxsə yalnız onun gəlirlərini nəzərə almaqla hesablanmış kredit məbləği bank tərəfindən verilən minimal kredit məbləğinin şərtini ödəməyə bilər. Yəni, çıxarışlı evlər üçün minumum 20 000 AZN kredit ayrıla bilər, lakin borcalana təkbaşına bank tərəfindən hesablanmış məbləğ 15 000 AZN-dir. Bu zaman, birgəborcalan ilə müraciət etməklə məbləği artırmaq olar.

## **Birgəborcalan kimlər ola bilər?**

Birgəborcalan mütləq şəkildə borcalanın **1-ci xətt ailə üzvü olmalıdır (ata, ana, bacı, qardaş, övlad, həyat yoldaşı).** Regionlarda sosial ipoteka növündə isə birgəborcalan yalnız rəsmi gəlirə malik olmalıdır və yalnız borcalanın həyat yoldaşı ola bilər. Müraciət zamanı maksimum iki şəxs birgəborcalan kimi götürülə bilər. Həmçinin, ipoteka götürən şəxs (borcalan) özü AR vətəndaşı olmaq şərtilə,** xarici ölkə vətəndaşı ilə birgəborcalan **kimi ipoteka kreditinə müraciət edə bilər, lakin bu şəxsin ölkə ərazisində rəsmi gəliri və daimi /müvəqqəti yaşayış icazəsi olmalıdır. Birgəborcalan ilə birlikdə kredit müraciəti edilən zaman borcalanın sənədləri ilə yanaşı, birgəborcalana aid tələb olunan sənədlər də banka təqdim edilməlidir.

Məqalələr

Bütün məqalələr

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/75289763-0013-4b6e-853c-8e865200d3e9.webp)

Digər gəlir mənbələri olan şəxslər kimlərdir və ipotekadan necə yararlana bilərlər.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/0fc54a49-997a-4f13-8e25-8167ac1ce527.webp)

İpoteka alınmasında birgəborcalan kimlər ola bilər və birgəborcalan nə üçün lazımdır?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/729cc850-72d0-4342-bc72-2828ef5a9a92.webp)

Daxili ipotekanın alınması üçün tələb olunan sənədlər hansılardır və bu sənədləri hardan əldə edə bilərsiniz.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/2b3a6112-2e87-422b-b106-4aefd4d08185.webp)

Ev tikinti ipoteka krediti nədir və kimlər yararlana bilər?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/fa4d51b9-65e1-4c5a-89f8-9439eefa6af1.webp)

İpoteka krediti nədir?