---
description: "Digər gəlir mənbələri olan şəxslər siyahısınına aid olan və olmayan şəxslər kimlərdir? Digər gəlir mənbəyinə aid olan şəxslər : fərdi fəaliyyət ilə məşğul olan…"
title: Digər gəlir mənbələri olan şəxslər kimlərdir və ipotekadan necə yararlana bilərlər. -Ipoteka.birbank.az
image: https://ipoteka.birbank.az/api/articles/photo/cdba5e7d-7d50-4146-ba8d-8c32739f5a5f.png
---

Digər gəlir mənbələri olan şəxslər kimlərdir və ipotekadan necə yararlana bilərlər.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/cdba5e7d-7d50-4146-ba8d-8c32739f5a5f.png)

## **Digər gəlir mənbələri olan şəxslər siyahısınına aid olan və olmayan şəxslər kimlərdir?**

Digər gəlir mənbəyinə aid olan şəxslər : fərdi fəaliyyət ilə məşğul olan , davamlı gəliri olan və gəlirini müvafiq sənədlər əsasında (bank kartının çıxarışı, qeyd kitabçası və sair) təsdiq edə bilən şəxslərdir. Bu siyahının bir qismi aşağıda qeyd olunsa da, bununla məhdudlaşdırılmır və digər fəaliyyət sahələri də dəyərləndirilə bilər.

- **Repetitor** (şagird hazırlığı) fəaliyyət sahəsi (ev, kurs və ya digər şəraitdə);
- İdman sahəsində fərdi **təlimçilər**;
- Ümumi tibb sahəsində fəaliyyət göstərən **həkimlər** (müalicə, müayinə, əməliyyat);
- Stomatoloji sahədə (diş texnikləri) və **müstəqil fəaliyyət göstərən həkimlər** (lisenziyalı və ya sertifikatlı);
- **Ticarət** ilə bağlı fəaliyyətlər;
- **İcarə biznesi** (icarə müqaviləsi əsasında, icarə ödənişləri və s.);
- **1 ildən az** müddətə **VÖEN **əsasında fəaliyyəti olan şəxslər və s.

Digər gəlir mənbəyi kimi **qəbul edilməyən** hallar aşağıda qeyd olunanlardır, lakin siyahı bununla məhdudlaşdırılmır.

- **Aliment **( məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən biri tərəfindən uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə ödənilən pul )
- **Maddi yardım alan şəxslər** ( az təminatlı ailələr, qazilər və s.)
- **Əlillik** əsasında təyin olunan maddi yardım və ya müavinətlər ( əlilliyi olan şəxslərin valideyn və ya övlada görə alınan müavinətlər, fiziki məhdudiyyət və ya səhhət ilə bağlı təyin edilmiş ödənişlər və s.)
- Həmçinin, ipoteka götürən şəxs (borcalan) özü AR vətəndaşı olmaq şərtilə, xarici ölkə vətəndaşı ilə birgəborcalan kimi ipoteka kreditinə müraciət edə bilər, lakin bu şəxsin ölkə ərazisində rəsmi gəliri və daimi / müvəqqəti yaşayış icazəsi olmalıdır.

## **Digər gəlir mənbəyi olan şəxslər hansı ipoteka növünə və necə müraciət edə bilər?**

- Digər gəlir mənbəyi olan şəxslər dövlət və regionlarda sosial ipotekadan başqa Bakı, Sumqayıt,Mingəçevir,Gəncə şəhərləri və Abşeron rayonu üzrə çıxarışlı və çıxarışsız yeni tikili , köhnə tikili, fərdi yaşayış və bağ evlərinə, eyni zamanda partnyor şirkətləri üzrə daxili ipoteka kredit növünə müraciət edə bilər (fərdi yaşayış və bağ evləri yalnız çıxarışlı olmalıdır).
- Müraciəti etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu, mobil nömrəsini və müvafiq digər məlumatlarını saytın  [Müraciət et](https://ipoteka.kapitalbank.az/apply) hissəsindən qeyd etməklə prosesə başlayır.

## **Digər gəlir mənbəyi olan şəxslər üçün ipoteka şərtləri nədir?**

- Kreditin illik faizi kredit müddətindən asılı olaraq 9%-12% arasında dəyişir. İllər üzrə faiz dərəcəsi aşağıda cədvəldəki kimi tənzimlənir:
- Müddətİllik faiz 3 il – dək#15%, 20 il – dək#16.5%
- Kredit məbləği 20 000 AZN-dən 500 000 AZN-ə kimi təşkil edir. Bu zaman illik faiz dərəcəsi də partnyor şirkətlərin təyin etdiyi faiz əsasında hesablanacaqdır. Bu hesablamanı  [ipoteka kalkulyatorundan](https://ipoteka.kapitalbank.az/mortgage/internal/item/3/calc) hesablaya bilərsiniz.

Məqalələr

Bütün məqalələr

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/75289763-0013-4b6e-853c-8e865200d3e9.webp)

Digər gəlir mənbələri olan şəxslər kimlərdir və ipotekadan necə yararlana bilərlər.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/0fc54a49-997a-4f13-8e25-8167ac1ce527.webp)

İpoteka alınmasında birgəborcalan kimlər ola bilər və birgəborcalan nə üçün lazımdır?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/729cc850-72d0-4342-bc72-2828ef5a9a92.webp)

Daxili ipotekanın alınması üçün tələb olunan sənədlər hansılardır və bu sənədləri hardan əldə edə bilərsiniz.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/2b3a6112-2e87-422b-b106-4aefd4d08185.webp)

Ev tikinti ipoteka krediti nədir və kimlər yararlana bilər?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/fa4d51b9-65e1-4c5a-89f8-9439eefa6af1.webp)

İpoteka krediti nədir?