---
description: Ev tikinti ipoteka krediti məhsuluna müraciət etmək üçün sizin ilk növbədə şəxsi torpaq sahəniz olmalıdır. Ərazisində tikinti aparılacaq torpaq sahəsi Azərbayc…
title: Ev tikinti ipoteka krediti nədir və kimlər yararlana bilər? -Ipoteka.birbank.az
image: https://ipoteka.birbank.az/api/articles/photo/8187a6d4-f090-427c-9978-8d5f6cf81652.png
---

Ev tikinti ipoteka krediti nədir və kimlər yararlana bilər?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/8187a6d4-f090-427c-9978-8d5f6cf81652.png)

Ev tikinti ipoteka krediti məhsuluna müraciət etmək üçün sizin ilk növbədə şəxsi torpaq sahəniz olmalıdır. Ərazisində tikinti aparılacaq torpaq sahəsi Azərbaycanın istənilən regionunda yerləşməklə mülkiyyəti təsdiq edən sənəd (çıxarış) olmalı və torpaq sahəsinin istifadə təyinatı yalnız yaşayış sahələrinin tikintisi üçün nəzərdə tutulmalıdır. Tikinti aparılacaq torpaq sahəsi ən azı 0.03 ha ərazini əhatə etməlidir. Müraciət etmənin digər əsas şərtlərindən biri isə, əldə ediləcək kredit məbləğinin 70% həcmindən az olmamaqla, müştəri özünə və ya digər şəxslərə məxsus yalnız Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşən daşınmaz əmlakı (mənzil, bağ evi, fərdi tikili və qeyri yaşayış sahəsi) təminat kimi banka qoymalıdır. Yəni, aparılacaq tikintinin dəyəri 100 000 AZN təşkil edirsə 30%-i (15% də ola bilər) yəni 30 000 AZN olmaqla ilkin ödəniş məbləği şəklində müştəri tərəfindən banka ödənilir, 70 000 AZN məbləğində kredit vəsaiti ayrılır. Təminat olaraq isə minimum 100 000 AZN dəyərində ev və s. çıxarışlı daşınmaz əmlak təqdim edilir və bankda kredit bitənə kimi təminat kimi saxlanılır. Tikintinin başa çatdırılması dedikdə evin yaşayışa hazır şəkildə təmir edilmiş hala gətirilməsi nəzərdə tutulur. Ümumi olaraq ilkin ödəniş faizi aşağıdakı kimidir:

  

15%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olmayan şəxslər üçün)

30%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olan şəxslər üçün)

Ev tikinti ipoteka krediti alarkən izlənəcək növbəti addımlar nədir?

Ev tikinti ipotekasına müraciət zamanı inşa edilməsini arzu etdiyiniz evin layihəsini bankın əməkdaşlıq etdiyi tikinti şirkətinə təsvir edirsiniz və həmin şirkət istədiyiniz evin layihəsini (eskiz layihəsini) çəkir və bu evin tikinti üçün lazım olan xərci (smeta xərci) müəyyən edilir və evi tikmək istəyən müştəri ilə şirkət arasında müqavilə bağlanılır. Müştəri müvafiq sənədlər ilə (smeta xərci sənədi, eskiz layihə, müqavilə daxil olmaqla) banka yaxınlaşır. Yuxarıda qeyd olunanlarla bərabər kreditin rəsmiləşdirilməsi üçün lazım olan digər tələblər də müştəri tərəfindən ödənilirsə (gəlir məlumatları, ilkin ödəniş, daşınmaz əmlak təminatı) bank ilə müqavilə bağlanılır və ev tikintisi üçün vəsait ayrılır.

  

Kreditlə ev tikintisi çərçivəsində ev kim tərəfindən tikilə bilər?

Torpaq sahəsində tikinti 2 formada aparıla bilər:

  

1\. Müştəri tərəfindən fərdi şəkildə

2\. Kapital Bankla partnyor olan tikinti şirkətləri vasitəsi ilə

Ev tikinti ipoteka krediti məhsuluna müraciət etmək üçün mütləq şəkildə smetanın dəyərləndirilməsini bankın əməkdaşlıq etdiyi tikinti şirkəti müəyyən edir. Lakin, tikinti işləri həm müştəri tərəfindən fərdi qaydada, həm də bankla əməkdaşlıq edən tikinti şirkətləri vasitəsi ilə aparıla bilər. Yəni, smeta dəyəri çıxarılması müştəriyə ayırılacaq kredit məbləğini təyin edir, amma müştərinin mütləq şəkildə həmin şirkət ilə ev tikintisini həyata keçirməyi məcbur etmir. Lakin, fərdi şəkildə deyil, partnyor şirkətlə tikmək istəsə bu zaman məhz smeta dəyərini çıxaran partnyor şirkət ilə tikinti işləri görülür.

  

Tikintisi yarımçıq qalmış evin kreditlə ev tikintisi etməyə imkan verən ipoteka krediti ilə tamamlanması mümkündürmü?

Bəli, ilkin ödəniş edilmək şərti ilə mümkündür. Bu zaman, yenidən müştəri bankın əməkdaşlıq etdiyi tikinti şirkətinə müraciət edir və şirkət yarımtikilini dəyərləndirərək yeni eskiz layihə çıxarır. Eskiz layihə və sair sənədlər ilə birgə müştəri banka yaxınlaşır və bank tərəfindən yoxlanılır. Əgər layihədə olan evin yalnız təmir hissəsi qalıbsa, müştəri təmir üçün bankın digər kredit növünə ,əks halda ev tikinti ipotekasına müraciət edə bilər.

  

Ev tikinti ipoteka krediti məhsulundan kimlər yararlana bilər və kreditlə ev tikintisi üçün şərtlər nələrdir?

Bu ipoteka növünə rəsmi və digər gəlir mənbəyi olan bütün şəxslər müraciət edə bilər. Əsas şərt olaraq ilkin ödəniş məbləği və təminat üçün daşınmaz əmlakın banka təqdim edilməsidir.

  

Ayrılacaq kreditin məbləği 30 000 AZN ilə 250 000 AZN arasında olmaqla, 15 ilədək 16%, 20 ilədək 16,5% ilə hesablanır. İlkin ödəniş isə aşağıdakı kimi təşkil edir:

  

15%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olmayan şəxslər üçün)

30%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olan şəxslər üçün)

Lakin məbləğ kreditin maksimum məbləğini (250 000 AZN) keçdiyi halda, maksimal kredit məbləğindən artıq olan hissə ilkin ödəniş kimi ödəniləcəkdir. Yəni, tikintinin qiyməti 400 000 AZN olarsa, bu halda 400 000 AZN(tikintinin qiyməti) – 250 000 AZN (maksimal kredit məbləği) = 150 000 AZN (ilkin ödəniş) olacaqdır.

Məqalələr

Bütün məqalələr

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/75289763-0013-4b6e-853c-8e865200d3e9.webp)

Digər gəlir mənbələri olan şəxslər kimlərdir və ipotekadan necə yararlana bilərlər.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/0fc54a49-997a-4f13-8e25-8167ac1ce527.webp)

İpoteka alınmasında birgəborcalan kimlər ola bilər və birgəborcalan nə üçün lazımdır?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/729cc850-72d0-4342-bc72-2828ef5a9a92.webp)

Daxili ipotekanın alınması üçün tələb olunan sənədlər hansılardır və bu sənədləri hardan əldə edə bilərsiniz.

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/2b3a6112-2e87-422b-b106-4aefd4d08185.webp)

Ev tikinti ipoteka krediti nədir və kimlər yararlana bilər?

![blog](https://ipoteka.birbank.az/api/articles/photo/fa4d51b9-65e1-4c5a-89f8-9439eefa6af1.webp)

İpoteka krediti nədir?